Sabiq nazirin biznesində böyük çöküş
10:37 07-07-2015
İQTİSADİYYAT
Sabiq nazirin biznesində böyük çöküş
Heydər Babayevin bankı zərərlə işləməyə başladı
2014-cü ilin yekunlarına görə, "AB Standard" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 117 min manat zərərlə üzləşib. 2013-cü ildə xalis mənfəət 2 mln. manat təşkil edib.
Konsolidə edilmiş maliyyə hesabatına görə, 2014-cü ildə qrupun şirkətləri ümumi məbləği 137,6 mln. manat həcmində gəlir əldə ediblər. Xərclər 144,7 mln. manat təşkil edib. Beləliklə, holdinqin əməliyyat gəlirləri 7,1 mln. manat təşkil edib.
Ötən il aktivlərin alınmasına (torpaq, bina, avadanlıq və qeyri-maddi aktivlər) 5,2 mln. manat yönəldilib. "AB Standard" QSC-nin belə aktivlərinin satışından 6,7 mln. manat əldə edilib. İnvestisiya əmlakının alınmasına 1,8 mln. manat xərclənib. İştirak payının satışı 2,2 mln. manat həcmində dəyərləndirilib.
İl ərzində holdinqin şirkətləri tərəfindən dövlət büdcəsinə 329 min manat həcmində vergi (torpaq vəyol vergisi, əmlak vergisi) ödənilib.
Qrupun aktivləri il ərzində 1,1 mlrd. manatdan 1,2 mlrd. manatadək artıb.
Xatırladaq ki, bu ilin aprelində Heydər Aydın oğlu Babayev bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən "AB Standard" QSC-nin 100% səhminin sahibidir. Əvvəlki maliyyə hesabatlarında qeyd olunub ki, "AB Standard" QSC-nin 50% səhminin sahibi Babayevlər ailəsinin üzvü Aliyə Qazıyevadır.
Qalan 50% isə gizli saxlanılan başqa ailəyə məxsusdur.
Holdinqə "Bank Standard" QSC, "Standard Insurance" MMC, "AB Legal Consulting Group" MMC, "Standard Lizinq" MMC, "Standard Capital" MMC, "Standard Football Club" MMC, "Dernegul boru zavodu" və "Lənkəran Mehmanxana" ASC daxildir.
Heydər Babayev bu holdinqin təsisçisidir. O, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri və iqtisadi inkişaf naziri postlarını tutub. 2008-ci ildə bu vəzifədən azad edilib və öz biznesinin idarəçiliyi ilə məşğuldur.
Hazırda Heydər Babayevin əsasən ölkədən kənarda yaşadığı və Azərbaycandakı biznesini də məhz xaricdən idarə etdiyi bildirilir. İddialara görə, sabiq nazir son bir ildə ümumiyyətlə, Azərbaycanda görünməyib. Onun əsasən Fransa və İngiltərədə yaşadığı yönündə informasiyalar dolaşır.
Qeyd edək ki, bu ilin əvvəlindən sabiq iqtisadi inkişaf nazirinin biznesi ilə bağlı ancaq bəd xəbərlər oxumaq mümkündür. Məsələn, bir neçə ay əvvəl bildirilirdi ki, Rusiyaya qarşı sanksiyalar Heydər Babayevin bu ölkədəki biznesinə də mənfi təsir edib və faktiki olaraq sabiq nazirin şimal qonşumuzdakı biznesi batmaqdadır.
İndi isə onun Azərbaycandakı bankının zərərlə işləməyə başlaması xəbəri ortaya çıxıb. Bu da Heydər Babayevin biznesində işlərin heç də yaxşı getmədiyinə dair iddialarda həqiqət payının yüksək ola biləcəyini göstərir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05