Ermənistanda indi də su qiyamı başlayır
10:02 09-07-2015
İQTİSADİYYAT
Ermənistanda indi də su qiyamı başlayır
Hökumət bu dəfə də suyun qiymətini artırmaqla əhalinin meydanlara çıxması üçün yeni zəmin yaradır
Ermənistanda "nisbi sakitlik" hökm sürsə də, vəziyyətin yenidən alovlanması, əhalinin meydanlara çıxması üçün yeni zəmin hazırlanır. ans press-in məlumatına görə, enerji qiymətlərinin artırılması ilə bağlı başlayan etiraz aksiyalarının müvəqqəti də olsa səngidiyi bir vaxtda, indi yeni qalmaqallı hadisə yaşanır. İrəvanda istifadə olunan suyun qiymətinin artırılması yeni gündəm yaradıb.
Ermənistanın ictimai xidmətlərin nizama salınması üzrə Komissiyanın ötən gün keçirilən iclasında İrəvanda, paytaxtətrafı qəsəbə və kəndlərdə içməli suyun tarifləti ilə bağlı məsələyə baxılıb. İclasda həmin ərazilərdə suyun istifadəsinin yenidən tənzimlənməsi, su təminatının gücləndirilməsi və əhaliyə daha yaxşı su xidmətinin göstərilməsi üçün "İrəvan-cur" Qapalı
Səhmdar Cəmiyyətinin tariflərini qaldırılması ilə bağlı təklifi müzakirəyə çıxarılıb. Qalmaqallı keçən müzakirələrin sonunda qərar qəbul olunub ki, suyun qiyməti 2,4 dram (5 sent) artırılsın və yeni qərarın bu il avqustun 9-dan qüvvəyə minməsi nəzərdə tutulub.
Hazırda paytaxtın su istehlakçıları üçün qüvvədə olan tarif 1 kub üçün 170,3 dram təşkil edir.
Hökumət əhalinin başını aldatmaq üçün daha əvvəl bildirirdi ki, guya "İrəvan-cur" QSC-nin 2,4 dramlıq artım təklifindən imtina olunub. Ölkə vətəndaşları yenə aldadıldıqlarını söyləyirlər və məntiqli olaraq sual edirlər ki, necə imtina olunub ki, bu məsələ Tarrif Şurasının iclasına çıxarılır, hətta qərar da qəbul edilir.
"İrəvan-cur" QSC-nin baş direktoru Qor Qriqoryan bildirib ki, komissiyadan göndərilən məktubda qiymətin hazırki səviyyədə (1 kub metrə görə 170,3 dram, təqribən 3 dollar 58 sent) qalmasını tövsiyə edir, lakin iclasda bunun üzərinə 2,4 dram əlavə olunmasını məqsədəuyğun sayaraq buna qərar verdilər.
Şirkətə göndərilən məktubda deyilir: "Ötən doqquz il ərzində (2006 – 2015 il) paytaxtın su təchizatı sistemi haqqında "İrəvan-cur" QSC ilə icarə müqaviləsinə uyğun olaraq, görülən daimi təşəbbüslər nəticəsində elektrik enerjisinə xərclər 81% azaldılıb, içməli su ilə istehlakçıların təminatı, suayırmanın və yağış sularının təmizlənməsi xidmətlərinə görə tariflərin dəqiqləşdirilməsi üçün hesablamalar əhəmiyyətli amildir. Bu şəraiti nəzərə alaraq, şirkətə tarifi dəyişməz saxlamağı təklif edirik".
"İrəvan-cur" qiymətin artımı haqqında Tarif Şurasına hələ bu ilin fevralında müraciət edib. Buna səbəb kimi ölkədəki 3%-lik inflyasiyanı, həm də milli valyutanın dollar qarşılığında məzənnəsinin düşməsi göstərilib.
Komissiyanın mətbuat katibi Mariam Stepanyan bildirib ki, kommunal xidmətlərə qiymətlərin artması şəraitində istehlakçıların yükü yüngülləşdiriləcək. Təbii ki, bu sərsəm fikir vətəndaşların qəzəbinə tuş gəlib. İndi insanlar növbəti aksiyaya hazırlaşırlar.
"Talana yox" etiraz aksiyasının təşəbbüs qrupunun üzvü Maksim Sarkisyan deyib ki, hakimiyyətin bu ikibaşlı oyunbazlığı yeni qiyamın başlaması üçün ən yaxşı əsasdır. İki həftədir elektrik enerjisi qiymətlərinin artımına qarşı xalq fasiləsiz mübarizə aparır, amma, görünən odur ki, bu, "Serj Sarkisyanın dəstəsi" üçün yaxşı dərs olmadı. İndi ictimaiyyət, əhali növbəti addımı ilə onlara yaxşı dərs verəcək.
Onun sözlərinə görə, ictimaiyyət hakimiyyətin xalqa divan tutmaq siyasətinə qarşı birləşməlidir. Biz bunu əhaliyə təzyiq kimi qəbul edirik. Əhali anlamalıdır ki, birgə mübarizə halında müəyyən irəliləyişə nail olmaq və müəyyən hərəkətlərin qarşısını almaq mümkündür. Əgər şəhərdə heç bir proses olmasaydı, onlar qiyməti yüksəldəcəkdilər.
Hazırda Baqramyan prospekti və Azadlıq meydanı boş görünür. Polis oralarda keşik çəkir. Bura ara-sıra toplaşanlar etirazlarını yenə göstərməyə can atırlar. Polis onların etirazına və yürüş etməsinə mane olmağa çalışır.
İrəvan polisi yürüşün qanunsuz olduğunu söyləyir. Fəallar etiraz aksiyasını yenidən bərpa edəcəklərini bildiriblər.
Srağagün polis Baqramyan prospektində iki həftədən çox davam edən akisyanı zorla dağıdıb, fəallarla yaranmış qarşıdurmalar zamanı 46 nəfər həbs olunub. Polisinin yaydığı məlumata görə, saxlanılan aksiya iştirakçıları sərbəst buraxılıblar.
Bir sözlə, İrəvan növbəti fəlakətin astanasındadır. Əhali indiki rejimin apardığı daxili və xarici siysətdən çox narazıdır və indi hakimiyyətin zülmündən qurtulmaq üçün yollar axtarır. Akasiya iştirakçılarının dediyi kimi, biz aclıq çəkmədən, susuzluqdan ölmədən, qonşularla düşmən olmadan yaşamaq istəyirik. Təbii ki, bu istək reallaşarsa, regionda sabitlik artacaq, vəziyyət müsbətə doğru dəyişəcək və insanlar qorxu hissi keçirmədən yaşayacaqlar.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05