"Kredit intiharları"nın qarşısını necə almalı?
09:48 14-07-2015
İQTİSADİYYAT
"Kredit intiharları"nın qarşısını necə almalı?
Bankdan aldığı pulu qaytara bilməyənlərin canına qəsd etməsi tendensiyası güclənib
Son zamanlar intiharların statistikasındakı artım hər kəsi ciddi şəkildə narahat etməkdədir. Araşdırmalar isə sübut edib ki, intiharlar çeşidli səbəblərdən edilir. Dərin sosial-psixoloji kökləri olan özünüöldürmə aktının ən yeni növlərindən biri isə "kredit intiharları"dır.
Belə ki, banklardan götürdüyü məbləği qaytarmaqda çətinlik çəkənlərin bir qisminin bu yola əl atması fakt olmaqla yanaşı, Azərbaycan cəmiyyəti üçün əsl SOS siqnalı sayılmalıdır. Məsələn, bir neçə gün öncə Bərdədə kredit borcuna görə 23 yaşlı gəncin intihar etməsi hər kəsdə dərin təəssüf hissi yaratdı. Buna qədər də bu qəbildən olan olayların çoxluğu "Unikal" qəzeti olaraq mövzuya diqqət ayırmağımıza səbəb oldu.
Qeyd etdiyimiz kimi son zamanlar kredit borcunu qaytarmaq mümkünsüz olduğuna görə çıxış yolunu intiharda görənlərin sayı nəzərəçarpacaq dərəcədə artmaqdadır. Əksəriyyət intihara gətirib çıxaran əsas amilləri kredit faizlərinin yüksək olması ilə əlaqələndirir. Təbii ki, bank kreditlərinin faizlərinin çoxluğu danılmaz faktdır, amma bu o demək deyil ki, intiharların səbəbi budur. Burada təbii ki, borc-gəlir bölgüsünün düzgün tənzimlənməməsi, vətəndaşın kredit götürərkən borcu necə qaytaracağını ciddi şəkildə təhlil etməməsi də mühüm rol oynayır. Digər tərəfdən isə hətta kredit faizlərinin kifayət qədər aşağı olduğu ölkələr var ki, orada da "kredit intiharları"na rast gəlinir.
Təbii ki, səbəbindən və başvermə şəraitindən asılı olmayaraq intiharlarla bağlı ciddi tədbirlərin görülməsinə ciddi ehtiyac var. Bu məsələdə isə nüfuzlu din xadimlərinin, dini qurumların da üzərinə olduqca mühüm vəzifələr düşür. Bəlli olduğu kimi, bütün müqəddəs dinlər kimi İslam da bəndənin canına qəsd etməsini, özünü öldürməsini ən böyük günahlardan hesab edir. Allahın verdiyi canı hansısa problem səbəbindən bəndənin alması böyük küfr və kafirlik sayılır. Hesab edirik ki, problemlər, maddi və mənəvi sıxıntılar Tanrı payı sayılan ömrü yarımçıq kəsmək üçün əsas sayıla bilməz.
Konkret halda "kredit intiharları"nın artmasının Başqa bir səbəbi isə cəmiyyətdə kütləvi savadsızlığın davam etməsi ilə bağlıdır. Belə ki, istənilən borca, o cümlədən kredit borcuna görə qanunda nəzərdə tutulan cəza barədə insanlar məlumatlı deyil. Hər kəs bilməlidir ki, qanunvericilik şəxsin borca görə azadlıqdan məhrum edilməsini qadağan edir və hər hansı müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə şəxs azadlıqdan məhrum edilə bilməz. Amma bu heç də o demək deyil ki, istənilən şəxs bankdan kredit götürüb qaytarmaya və buna görə cəzasız qala bilər. Problemli kreditlərin qaytarılması mexanizmi ilə bağlı konkret müddəalar var ki, borc da məhz bu yolla geri alınır.
Amma istənilən halda kredit borcunun qaytarılmamasına görə canına qəsd etmək böyük günahlardan olmaqla yanaşı, həm də çıxış yolu sayılmamalıdır. Ən azından ona görə ki, borc sahibi hətta dünyadan köçsə belə bankla vətəndaş arasındakı müqavilənin şərtlərinə uyğun olaraq borcun qaytarılma mexanizmi mövcuddur. Odur ki, intihar heç bir halda çıxış yolu sayılmamalıdır.
Bütün çətinliklərə rəğmən həyat gözəldir və yaşamağa dəyər!
Orxan
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05