Rusiya və Çin yeni dünya düzəni hazırlayır
11:00 16-07-2015
İQTİSADİYYAT
Dünya Vaşinqtonun indiki kürəsəl hakimliyini Pekinin üstünlüyünə dəyişərmi?
"İnkişaf edən ən böyük ölkələr dünya siyasətinin "yuxarı mərtəbə"sinə buraxılmasa, onda özəl sistemlərini quracaq. Rusiya və Çin artıq bu yoldadır". Bunu Almaniyanın nüfuzlu "Die Zeit" nəşri yazır (məqalə müəllifi: Teo Zommer).
Maraqlı olacağını nəzərə alıb həmin məqaləni strateq.az-a istinadən sizə təqdim edirik: "Budur, Avropa artıq yarım ildir ki, dördgözlə Yunanıstanı seyr edir. Bununla bərabər, qalan məsələlər - Ukraynada davam edən döyüşlər, İŞİD-in Suriya və İraq ərazilərində genişlənməsi, Liviyanın dağılması, Tunisdə gənc demokratiyanın zəifləməsi, "Boko Haram" və "Əl-Şəbab" qruplaşmalarının Nigeriya və Somalıdəki vəhşilikləri, həmçinin Əfqanıstanda münaqişənin növbəti gərginliyi yunan problemlərindən üzülmüş siyasətçilərimizin gözündən qaçır.
Və yalnız "darixtisaslı" mütəxəssislər sezirlər ki, Uralla Sakit okean arasındakı geopolitik "tektonik platformalar"nə qədər ciddi şəkildə yerindən oynayıb. Rusiya və Çin var qüvvəsilə Amerika və Avropanın daha liderlik edə bilməyəcəyi yeni dünya düzəni qurmaqla məşğuldur. İstəniən halda keçən həftə Rusiyanın Güney Ural şəhəri Ufadan qaynaqlanan əsas yönəldilmə məhz bundan ibarətdir. BRHÇG və Şanxay Əməkdaşlıq Təşkilatına - dözülməz hamilik kimi qavradıqları Qərbin təsirindən azad olmaq əzmi ilə dolu olan dövlətlərin iki birliyinə üzv ölkələrin görüş yeri məhz Ufa oldu.
BRHÇG: 2001-ci ildə Goldman Sachs bankının anlitiki ONilin düşünüb tapdığı və Braziliya, Rusiya, Hindistan, Çin və Güney Afrika Respublikasının adlarının birinci hərfindən tərtib etdiyi ixtisar idi. Yer kürəsi əhalisinin 42%-i və dünya ÜDM-in 27%-i, həmçinin dünya ticarıət dövriyyəsinin 17%-i əsrin əvvəlindən ən böyük iqtisadi artıma nail olmaqla inkişaf etməkdə olan bu beş ölkənin payına düşür.
Onlar 2006-cı ildən siyasi səylərini birləşdirib Qərb ölkələrinin II dünya savaşından sonra biçimlənmiş dünya iqtisadi düzəninin təsirinə qarşı durmağa, həm də öz mövqelərini bərkitməyə cəhd edir. Onların fikrinə görə, inkişaf edən bazarlar inkişaf edən dövlətlərə çevrilməlidir.
Qərbin hökmünə qarşı
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əsas vurğu təhlükəsizlik siyasəti məsələsinə ayrılır. Qurum 1990-cı illərin II yarısında Rusiya ilə Çinin ilk təmasları əsasında yaranıb və əvvəlcə SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiyada meydana çıxmış sərhəd münaqişələrinin nizamlanmasına həsr olunurdu. Formal şəkildə yaranmış qurumun 2001-ci ildə ilk üzvləri Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan idi. ŞƏT-in Ufa sammitində həmçinin Hindistan və Pakistan onun sıralarına qəbul edildi, müşahidəçi statusu isə Monqolustan, İran, Əfqanıstan və Belorusa verildi. Təşkilat üzv ölkələr arasında bütün mümkün sahələrdə əməkdaşlığın inkişafına şərait yaratmalıdır. Lakin əsas dirəniş terrorizmlə mübarizə, bölgədə sülh və təhlükəsizliyin təmini, həmçinin münaqişələrin nizamlanmasına göstərilir. Beləliklə, Çinlə Rusiya illərlə uzanan sərhəd mübahisələrini 2010-cu ildə tam şəkildə həll etdi.
Uraldakı hər iki sammit ikili məqsəd güdürdü: bir tərəfdən BRHÇG ölkələrinin rəqabət qabiliyyətinin artımını sürətləndirmək və yüksəltmək, həmçinin neoliberal iqtisadi modelə qarşı durmaq. Digər tərəfdən Ufa görüşünün iştirakçıları Qərbin hökmünün olmayacağı yeni "çoxqütblü dünya" yaratmağa cəhd edir. Putinin ideyasına görə, Avrasiya Birliyi və "Böyük ipək yolu"nun dirçəldilməsi üzrə Çinin təşəbbüsü birləşdirilməlidir.
Qərbdə, adətən, bu ideyalar xüsusunda gülürlər. Neftin aşağı qiyməti və Qərb sanksiyalarına görə Rusiya iqtisadiyyatı böhrandadır. Çinə gəlincə, oradakı birja çöküşü Pekinin hazırladığı "kommunist kapitalizmi" modelinin həyata keçirilməsini sual altına qoydu.
Braziliya iqtisadi tənəzzülü hələ də dəf edə bilmir. Eyni hal GAR-a da aiddir. Hindistan isə önəmli tərəqqiyə baxmayaraq, əvvəlki kimi yüksək texnologiyalarla fərəhsiz aclığın özünəməxsus kombinasiyasını təmsil edir. Bundan başqa, beş ölkənin ÜDM-i bir-birindən xeyli fərqlənir: Çinin ÜDM-i GAR-ın ÜDM-ni 28 dəfə, Rusiya və Hindistanınkını 4 dəfə üstələyir.
Vaşinqtonun əvəzinə
Pekin hakim olacaq?
Eyni zamanda BRHÇG və ŞƏT-ə daxil olan ölkələri heç cür siyasi həmfikirlər adlandırmaq olmaz. Çinin "kommunist kapitalizmi"ni, Rusiyanın yalançı demokratiyasını və Hindistan demokratiyasını heç cür "dəyərlərin birliyi" adlandırmaq olmaz. Bundan savayı, bu ölkələr coğrafi prinsip və tarixi baxımdan əsla bağlı deyil. Elə onların dünya siyasəti planında maraqları da güclü şəkildə fərqlənir. Rusiya və Çin 1945-ci ildən sonra şəkillənmiş dünya düzənini yenidən nəzərdən keçirtməyə nail olmağa can atır. Hindistan və Braziliya ancaq bunu arzulayır ki, dünya dövlətləri ilə "bir masa dalında" öz yerləri olsun. Hindistan həm də hamıya xoş gəlməyə səy göstərir və hamı üçün açıq olduğunu sərgiləyir. Qalan məsələlərdə isə Çinin güclənməsinə görə həyəcan keçirir, buna görə də güman etmirik ki, dünya Vaşinqtonun indiki kürəsəl hakimliyini Pekinin üstünlüyünə dəyişər.
Bununla belə, Qərb yeni dünya düzəninin təşəkkülünü yuxarıdan aşağı seyr etməməlidir. Məsələ burasındadır ki, BRHÇG ölkələri indiki əsrin ortalarına doğru iqtisadi planda inkişaf etmiş ölkələrə çatacaq. Qərb onları dünya siyasəti "masası arxasında" axtaracaqları bir şey olmadığını düşünməyə məcbur etməməlidir. Bu xüsusən də BRHÇG ölkələrinin Ümümdünya Bankı və Beynəlxalq Valyuta Fondundakı payına aiddir. Ağlasığmazdır, lakin faktdır: Belçikadansa yeni iqtisadi dövlət olan Çin daha az çəkiyə malikdir. Bütün bunlar ona görədir ki, ABŞ Konqersi Pekinin bu srtukturlarda güclənməsinə qarşı çıxır. Buna görə də Çinin artıq ikinci beynəlxalq inkişaf bankı yaratmasında təəccüblü heç nə yoxdur. Çin bununla da başa salmaq istəyir: əgər inkişaf edən ölkələr dünya siyasətinin "yuxarı mərtəbə"sinə buraxılmasa, onda özlərinin koordinatlar sistemini yaradacaq.
Başqa bir tərəfdən, hamımızın sual etməyi lazımdır: Qərb öz siyasəti ilə Rusiyanı getdikcə Çinin qucağına itələməklə özünə ziyan vurmurmu? Qoy incimiş və inciklikdən kor olmuş Putin bundan sonra da Avropadan üz çevirsin - ruslar uzunmüddətli perspektivdə yenə də Qərbin ardınca gedəcək, çünki indiki durum onların tarixi instinktinə ziddir. Lakin bizə lazımdırmı ki, Kreml sahibininin həyatını bu qədər yüngülləşdirək, ona Rusiyanı Avropadan döndərməyə və üzünü tatar-monqollara sarı tutmasına imkan verək?"
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05