Çin Cənubi Qafqaza gəlir
10:51 23-07-2015
İQTİSADİYYAT
Güc balansı kimin xeyrinə dəyişəcək?
"Əvvəlki yazımızda Çinin ağlasığmaz işi - Quzery Qafqazda hamı üçün müsbət siyasəti necə yürütdüyündən danışdıq. Lakin bu, sədr Si Szinpin üçün yeni "İpək Yolu"nun dəyəri baxımından təəccüblü deyil. Qafqaz cəmi bir neçə il öncə Çin üçün özəl maraq doğurmurdu. B gün isə durum dəyişilib və bölgə Avropa (İpək Yolunun son nöqtəsi) ilə Avrasiya arasında təbii körpü kimi görünür". Bunu Fransanın "Le Huffington Post" nəşri yazıb (məqalə müəllifi: Didye Şode).
Məqalədə daha sonra deyilir: "Avrasiyada milli maraqların rasional müdafiəsi Çinə bütün Quzey Qafqazda müsbət və incə siyasət aparmaq imkanı verir. Bütün bunlardan nəticə çıxarmaq olar ki, Pekin Güüney Qafqazda da hamı üçün məqbul kursu izləyəcək. Və bu, doğrudan da, belədir. Çin bölgədə anlamağa imkan verdi ki, hamı ilə istənilən qədər danışmağa hazırdır. O, klassik geopolitikanın tələlərindən yayınaraq Güney Qafqazın üç ölkəsi ilə əlaqələri möhkəmləndirir. Həm də bunu zonada nüfuza can atan bölgə dövlətlərinin narazılığını doğurmadan edə bilir.
Ermənistanla ikitərəfli münasibətlərdə hətta dostluqdan danışmaq olar. Bu, ölkə prezidenti Serj Sərkisyanın bu il martın 24-26-da Çinə səfərindən çox gözəl görünürdü. Ermənilər o zaman qarşılıqlı hərbi dəstəyi ehtiva edən müdafiə sazişi imzaladılar. Bundan başqa, İrəvan Çinin yeni "İpək yolu" layihəsinə qatılmağa rəsmən razılaşdı. Çin yatırımları və erməni itisadiyyatı üçün strateji qərarlar bu dostluğu daha da möhkəmləndirdi. Məsələn, Çin İstilik-Elektrik Stansiyasının (İES) təmiri və yenidən qurulmasına vəsait qoymağı qət etdi.
Çin Ermənistanla İran limanları arasında dəmiryollarının inkişafına da böyük maraq göstərir ki, bu da ölkənin təcriddən çıxmasına səbəb olar və Türkiyə ilə Azərbaycanı köhnə düşmənə təzyiq vasitəsindən məhrum edərdi.
Çinlə ikitərəfli yaxşı münasibətlər Ermənistan üçün son dərəcə önəmli rol oynayır: iqtisadiyyatın durumu mürtəkkəbdir və Çin kimi yatırımçı tərtibi kökündən dəyişə bilər. Həm də Pekinlə münasibətlərin möhkəmlənməsi (bu, 1996-cı ildən var və inkişaf edir) Qafqazın bu respublikasına Rusiya ilə münasibətlər basqısından qopmağa yardım edər ki, Moskva bu zaman özü üçün təhlükə hiss etməsin. Moskva Ermənistan-Azərbaycan qarşıdurmasına fəal şəkildə oynayır. Bu yaxınlarda isə Rusiya silahının Bakıya satılması İrəvanın açıqca xoşuna gəlmədi.
Nəticədə Çinlə yaxınlaşma Kremli pərt etmədən Ermənistana özünü inamlı hiss etməyə imkan verər.
Hər necə olsa da, Çin diplomatiyası təkcə İrəvanla münasibət qurmur: son illər ərzində Azərbaycanla sıx münasibət yaratmağa nail olub. Həm də buna nail olmaq o qədər də asan deyildi: Pekinin 2008-ci ildə BMT-də erməni qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxardılması haqda qətnaməni dəstəkləməkdən necə imtina etdiyini Bakıda unutmayıblar.
Bununla belə, Çin göstərdi ki, Azərbaycandakı dəmiryol layihəsinə üstünlük verib bölgədəki heç bir "düşərgə" ilə tənləşmir. Azərbaycanın layihəsi ildə 20 milyon ton nəqli təmsil edir, Ermənistanınkı isə türk-ermən sərhədinin 1993-cü ildən bəri bağlı olmasına görə hələ də səmərəsiz fantaziya olaraq qalır.
Bundan başqa, iqtisadi maraqlar xırda diplomatik təfriqələri unutmağa asanlıqla imkan yaradır: 2013-cüilin başlanğıcında Çinin ölkəyə yatırımı milyard dollardan az deyildi. Qərbə xas olan ölkədaxili durumu tənqid etmədən xeyli əmanət. Çinlilər həmişəki kimi bölgə dövlətlərinin daxili işlərinə qarışmamaq məntiqini izləyirlər. Bu, Azərbaycanda və qonşu ölkələrdə Avropa və Amertikanın təkəbbürünə oxşamayan qəti sayğı əlaməti kimi qəbul edilir.
Həmçinin qeyd etmək lazım gəlir ki, yatırımlar Azərbaycan neftinə cəmlənib, lakin təkcə buna aid deyil: çinlilər Ermənistandakı kimi İES sahəsindəki biliklərindən istifadə edirlər. Nəticədə Çin istisnasız olaraq qısamüddətli maraqlardan deyil. Uzunmüddətli və bütün tərəfdaşlara sərfəli münasbətlərə yatırım qoyan qüvvə kimi tanınır.
Gürcüstan Avropa və Qərbyönlü hesab edilsə də, Çin onunla da ikitərəfli əlaqələri möhkəmlətməyə müvəffəq olub. Əlaqələrin inkişafı əvvəlcə iqtisadiyyatdan başlandı: iki ölkənin ticarət mübadiləsi 2003-cü ildəki 4,1 milyon dollardan 2013-cü ildəki 597 milyon dollara qalxdı.
Bu gün Çin həcmə görə Türkiyə və Azərbaycandan sonra Tiflisin üçüncü ticarət tərəfdaşıdır. Yatırımlar son dörd ildə əhəmiyyətli dərəcədə artıb, bütün bunlar yalnız yolun başlanğıcı kimi görünür. Çinlilər nəqliyyat, energetika və səhiyyəyə maraq göstərirlər. Gürcülər isə geopolitik planda onlar üçün maraqlı olan bu yaxınlaşma üçün hər şeyi edirlər.
Nəhayət, Tiflis qonşu Rusiyadan müdafiə üçün Amerika və Avropadan uğursuz şəkildə dəstək istədi. Orada onu ancaq məyusluq gözləyirdi: Qərb Rusiyanı həvəslə (bəzən əndazəni aşmaqla) tənqid edir, lakin gürcüləri müdafiə xatirinə barmaqlarını da dəbərtmirdi. Və indi Çin onlara uzunmüddətli perspektivdə etibarlı dəstək qaynağı kimi görünür. Həmdə Tiflis kimi Pekin də separatizm və xarici dövlətlərin digər dövlətin daxili işlərinə yersiz müdaxiləsinə mənfi şəkildə yanaşır.
Heç kimə sirr deyil ki, 2008-ci il müharibəsi vaxtı Rusiyanın qərarları, xüsusən də Abxaziya və Güney Osetiyanın ayrılma qərarlarına dəstəyi Çini şad etmədi.
Çin yeni tipli, konstruktiv diplomatiya ilə hərəkət etməyə çalışan və "klassik" dövlət təşəxxüsünə bulaşmayan, statusun təsdiqi naminə müharibəyə (Rusiya Gürcüstanda və Ukraynada, ABŞ İraqda, Fransa Liviyada və s.) hazır olmayan böyük dövlətdir. Çinin dinc və konstruktiv mövqeyi həm indi, həm də gələcəkdə Tiflisdə, Bakıda və İrəvanda dostlar qazanmğa imkan verir. Bundan başqa, Güney Qafqazda Çin siyasətinin gücü bundan ibarətdir ki, bölgə dövlətləri (İran, Türkiyə, Rusiya) onu təhlükə hesab etmir.
Nəhayət, Çin bölgəyə onların heç birinin təklif etməyə qabil olmadığı maliyyələşmə, həmçinin hamını cəlb edən geopolitik layihə gətirir. Bu, Türkiyə və ABŞ-ın bölgədə güclənməsini təhlükə qaynağı hesab edən İran və Rusiyaya əminlik verir. Hər iki düşərgə (kobud şəkildə desək, ameriakyönlü və antiamerika) bir-birini fəal şəkildə yeni müstəmləkəçilikdə ittiham edir. Avropa və Kanada diplomatiyaları soyuq müharibənin mentalitetinə, yəni Avrasiyada Amerika ilə Rusiya arasında hökmən seçim etməyə hədsiz dərəcədə aludə oldu. Çin isə sərgiləyir ki, başqa cür hərəkət etmək olar. Əlbəttə, gətirilmiş vəsaitlər böyük rol oynayır, lakin hər şey heç vaxt həmişə ancaq pula söykənmir. Burada ölkələrə yardım etməyi, stereotiplərdən və yerli geopolitik gərginliyin tələlərindən yayınmağı bacarmaq lazımdır. Çinin bölgədəki uğuru birinci növbədə onun mövqeyi ilə izah olunur. Ümidvarıq ki, Parisdə, Berlində və Ottavada nazlirliklərdəki insanlar özləri üçün qeydlər götürəcəklər...
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05