9 milyonluq müdhiş maxinasiyada şok oliqarx izləri
11:52 24-07-2015
İQTİSADİYYAT
Azərbaycanda satınalmalarla bağlı daha bir fantastik korrupsiya
2015-ci ilin 6 ayı ərzində Azərbaycanda nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 885 milyon manat təşkil edib. Bu barədə Hesablama Palatasının 2015-ci ilin 6 ayı üçün maliyyə-büdcə nəzarət tədbirləri ilə bağlı məlumatında deyilir.
Ümumi məbləğdən 9,8 milyon manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 milyon manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib.
Məlumata əsasən, bu nöqsanlarla yanaşı satınalmalar zamanı müvafiq sahədə peşəkarlığı olmayan, texniki və maliyyə imkanları araşdırılmadan iddiaçıların satınalma proseslərinə cəlb olunması, işçi qüvvəsi, idarəetmə səriştəsi və müvafiq sahədə təcrübəsi olmayan müəssisələrin qalib elan olunaraq satınalma müqavilələrinin bağlanması, yalnız bir müəssisənin satınalma predmetindən asılı olmayaraq bütün satınalmalarda qalib elan olunması halları mövcud olub, əvvəlki audit tədbirlərinin nəticələrinə dair hesabatlarda da qeyd edildiyi kimi, rəqabətsiz satınalma metodlarından istifadə hallarının üstünlük təşkil etməsi, bir mənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması, satınalmanın vacib şərti kimi görüləcək iş və xidmətlərin ehtimal olunan dəyərinin düzgün hesablanmaması, keçirilmiş satınalmalar haqqında müvafiq icra hakimiyyətinə vaxtında məlumat verilməməsi kimi nöqsanlar da aşkar edilib.
Həmçinin nəzarət tədbirləri nəticəsində bəzi müəssisələr üzrə debitor borcların həcminin bu müəssisənin həmin maddələr üzrə təsdiq olunmuş təyinat həcmində olması, bəzi müəssisələr üzrə debitor borcların müqavilə şərtlərinə uyğun aparılmaması halları müəyyən olunmuş, bəzi hallarda hətta zəmanət müddəti bitmiş debitor borcların mövcud olması aşkarlanıb ki, bu isə ümidsiz debitorların yaranmasına səbəb olub.
Eyni zamanda, bir sıra hallarda tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində səmərəsiz xərclərə yol verildiyi də nəzarət tədbirlərində rast gəlinib.
Qeyd edək ki, Azərbaycanda satınalmaların bir sıra nazirlik, komitə və icra hakimiyyətləri başda olmaqla, müxtəlif dövlət qurumlarında büdcə vəsaitlərini talamaq üçün əsas vasitələrdən birinə çevrildiyi heç kim sirr deyil. İndiyədək xeyli dövlət orqanında satınalmalar zamanı korrupsiyaya yol verildiyinə əsas yaradan faktlar mediaya sızıb.
İndi isə Hesablama Palatasının məlum sənədi KİV-də özünə yer alan belə fakt və iddiaların həqiqətəuyğunluğunu təsdiqləyir. Xüsusilə bir sıra iri məmurların - oliqarxların rəhbərlik etdikləri nazirlik və komitələrdə satınalmalar zamanı kifayət qədər yüksək rəqəmlərlə müşaiyət olunan korrupsiya hallarına (səmərəsiz və şişirdilmiş xərclərə, avadanlıqların istismarsız saxlanılmasına, satınalmalar zamanı tenderlərin açıq, şəffaf keçirilməməsinə, belə əməliyyatların daha çox mal və inventarların alındığı nazirlik, yaxud komitənin, icra hakimiyyəti və ya digər dövlət qurumunun rəhbər şəxsinə məxsus olmasına və s.) rastlanır.
Hesablama Palatasının hazırladığı sənəd də göstərir ki, bəzi oliqarxlar, yüksək çinli məmurlar bir sıra başqa yollarla olduğu kimi, satınalmalarla da büdcə vəsaitlərini mənimsəyirlər. Bu isə onu göstərir ki, iqtisadçı-ekspertlərin uzun müddətdir satınalmalarla bağlı şəffaflığın artırılması çağırışları əbəs deyil. Əks halda biz növbəti illərdə daha böyük rəqəmlərlə ifadə olunan satınalma maxinasiyalarına şahidlik edə bilərik.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05