Azərbaycanda məşhur şirkət uşaqların həyatı ilə oynayır
17:14 25-07-2015
İQTİSADİYYAT
«Milla» ilə bağlı sensasion iddialar irəli sürüldü
Bakının küçələrini və kəndlərini dolaşaraq dondurma satmaq, uşaqları sevindirmək yaxşı əməldir. Bunun xüsusi, "dondurma maşını" vasitəsi ilə gerçəkləşməsi lap yaxşıdır, amma uşaqlara vaxtı keçmiş dondurmanın satılması həddən artıq pisdir.
Uşaqları bu cür "sevindirən" isə Azərbaycanın məşhur süd məhsulları buraxan "Milla" şirkətidir. Adıçəkilən şirkətin "dondurma avtomobili" Bakı və ətraf kəndləri gəzərək böyük və uşaqlara dondurma satır, ancaq çox təəssüf ki, "Milla" öz müştərilərini aldadaraq onlara vaxtı ötmüş məhsullar sırıyır.
"Milla"nın sakinlərin həyatı ilə oynaması Facebook sosial şəbəkəsində böyük müzakirəyə səbəb olub. Bu cür hal Hövsan sakininin başına gəlib. Belə ki, bir neçə gün öncə zərərçəkmiş şəxs "dondurma avtomobili"ndən dondurma alıb, ancaq üzərinə baxdıqda məhsulun istifadə vaxtının keçdiyini görüb.
Qeyd edək ki, dondurmanın üzərində bir ildən çox istifadəyə yararlı olduğu göstərilib, halbuki, sözügedən məhsullar istehsal edildikdən sonra maksimum üç ay istifadəyə yararlı ola bilər.
Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib. Sədrin sölzərinə görə, Bakıda saxta alimlər ortaya çıxıblar ki, bu cür məhsulların yenidən istifadəyə yararlı olduğunu bildirərək insan həyatını təhlükə altına atırlar: "Çox təəssüf ki, bizdə vaxtı keçmiş bəzi məhsulların sonuncu ünvanı zibilxana deyil, istehlakçıların boğazıdır. Belə halda zərərçəkmiş şəxs 1952 nömrəsinə zəng vursun, İqtisadiyyat və Sənaye Nazirliyinə məlumat versin, bundan sonra isə satıcını 1500 manat cərimə gözləyir. Mən yenə də təəssüf hissi keçirərək bildirmək istəyirəm ki, Azərbaycanda bir qrup professor, alim "peyda" olub, bunlar biznes qurumlarının təsiri altına düşərək yığılıb bəzi vaxtı keçmiş məhsulları protokollaşdırırlar ki, guya hər şey yaxşıdır. Ancaq bu, birmənalı şəkildə yalandır. Çünki vaxtı keçmiş bütün məhsullar insan həyatı üçün təhlükəlidir".
Bildirək ki, qeydə alınmış hadisə ilə bağlı "Milla" şirkəti ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, iki nömrədən biri işləmədi, digərinə isə cavab verən olmadı.
Ceyhun Ələkbərov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05