Şahmar Mövsümova çətin suallar
09:48 28-07-2015
İQTİSADİYYAT
Şahmar Mövsümova çətin suallar
Dövlət Neft Fondu bu günə olan ehtiyatlarını açıqlayarkən qızılı aldığı qiymətlə hesablayır, ya bu günə olan real qiymətlə?
Azərbaycan Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov çətin suallarla üzləşib. Son vaxtlar mətbuatda az görünməyə başlayan Mövsümova suallar isə neftin qiymətinin dünya bazarlarında kəskin ucuzlaşmasından sonra onun rəhbərlik etdiyi qurumun ehtiyatlarının vəziyyəi barədədir.
"Dövlət Neft Fonduna bu ilin ilk 6 ayında 3,9 mlrd. dollar vəsait daxil olub, 2014-cü ilin eyni dğvründə daxil olan vəsaitin həcmi 8,3 mlrd. dollar təşkil edib, yəni daxilolmalar 2,1 dəfə azalıb". Bunu iqtisadçı-ekspert Natiq Cəfərli özünün facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb.
Ekspertin sözlərinə görə, adıçəkilən Fondun problemləri tək bununla bitmir: "Son məlumatlara görə Neft Fondunda 30 ton qızıl saxlanılır. Fond qızıl almağa 2012-ci ildə başlayıb və həmin il 10 ton qızıl alıb. 2012-ci ildə qızılın ortalama qiyməti hər unsiya üçün 1.668 dollar olub.
Neft Fondu 2013-cü ildə əlavə olaraq 20 ton qızıl alıb, həmin il qızılın ortalama qiyməti 1.409 dollar olub.
Gələk bu ilə, 2015-ci il iyul ayının 27-də, yəni bu gün dünya bazarında qızılın qiyməti hər unsiya üçün 1085 dollardır. Gəlin indi itkiləri hesablayaq:
1 ton qızıl 32.150 unsiyaya bərabərdir, 2012-ci ildə alınan 10 ton qızıl 321.500 unsiyayadır. 2012-ci ilin ortalama qiyməti 1.668 dollar, bu günə olan qiymət 1085 dollar - fərq 583 dollar, alınan qızılın həcminə vursaq fərq - 187,4 milyon dollar təşkil edir.
2013-cü ildə qızılın ortalama qiyməti 1.409 dollar olub, bu günə olan fərq - 324 dollar, həmin il alınmış qızıl 20 ton, yəni 643.000 unsiya təşkil edir, alınan qızılın həcminə vursaq fərq - 208,3 milyon dollar təşkil edir.
Yəni, belə çıxır ki, 30 ton qızıl almaqla Neft Fondu bu günə olan qızıl qiymətlərinə görə 395,7 milyon dollar ziyan edib.
Suallar: Neft Fondu bu günə olan ehtiyatlarını açıqlayarkən qızılı aldığı qiymətlə hesablayır, ya bu günə olan real qiymətlə? Fondun vəsaitinin 5%-ə yaxını rubl və türk lirəsində saxlanılır, bu vaylutaların məzənnəsi son 1 ildə 2 dəfəyə yaxın aşağı düşüb, indi ehtiyatlar hesablananda rubl və lirənin məzənnəsi necə hesablanır, itkilər nəzərə alınırmı? Şahmar müəllim bu suallara cavab versə, yaxşı olar".
Bəs hörmətli Mövsümov həmin suallara cavab verəcəkmi? Bunu bəri başdan demək çətindir. Odur ki, gözləyək.
Hələliksə görünən budur ki, Dövlət Neft Fondunun maliyyə ehtiyatları ilə bağlı narahatlıqlar üçün ciddi əsaslar var. Fond Şahmar Mövsümovun rəhbərliyi altında hazırkı çətin mərhələni necə adlayacaq, bax bunu da zaman göstərəcək.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05