Fazil Məmmədovun böyük qorxusu üzə çıxdı
09:20 29-07-2015
İQTİSADİYYAT
Fazil Məmmədovun böyük qorxusu üzə çıxdı
Vergilər naziri postunu qorumaq üçün hərəkətə keçdi
Məlum olduğu kimi, İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vergi sistemi ilə bağlı sərt tənqidi fikirlər söylədi.
Belə ki, prezident bildirdi ki, ölkədə vergivermə mədəniyyəti tam şəkildə, şəffaf qaydada formalaşmayıb: "Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur. Digər dövlət qurumları da vergiləri tam şəkildə ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, "krışalıq" edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlərsə ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq. Kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın".
Ekspertlərin bir qismi isə ölkə başçısının kəskin iradlarının vergilər naziri Fazil Məmmədov üçün "həyəcan siqnalı" olduğu qənaətindədirlər. Onların fikrincə, uzun müddətdir bu postu tutan Məmmədovun kreslosuna ciddi təhlükə yaranıb və ölkə başçısının iradlarından nəticə çıxarılmazsa, bu, vergilər nazirinin vəzifəsi ilə vidalaşmasına gətirib çıxara bilər.
Artıq Fazil Məmmədovun da adı ətrafında yaranan situasiyadan ciddi narahatlıq keçirdiyi aydındır. Bunu onun Vergilər Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı 13 iyul tarixli iclasına həsr olunmuş kollegiya iclası keçirməsi və həmin kollegiya iclasındakı çıxışı da təsdiqləyir.
Nazirlikdən verilən məlumata görə, kollegiya iclasında vergilər naziri çıxış edərək, Nazirlər Kabinetinin 13 iyul tarixli iclasında prezident İlham Əliyevin ayrı-ayrı vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində artıq ciddi addımlar atıldığını bildirən nazir neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan vergilər naziri vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.
Kollegiya iclasında prezident İlham Əliyevin Nazirlər Kabinetinin 13 iyul tarixli iclasındakı çıxışı zamanı vergi orqanlarına verilmiş tapşırıqlar 2015-ci ilin ikinci yarımilliyi və qarşıda duran dövrlər üçün Fəaliyyət Planı kimi qəbul olunub, eləcə də vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrupunun yaradılması barədə qərar verilib.
Ekspertlər vergilər nazirinin ölkə başçısının göstərdiyi iradların aradan qaldırılması istiqamətində hərəkətə keçməsini onun postunu itirəcəyi ilə bağlı təşviş keçirməsinin əyani nümayişi sayırlar. Hesab olunur ki, Fazil Məmmədov düşdüyü durumun ağırlığının fərqindədir və Vergilər Nazirliyi barədə cəmiyyətdə formalaşmış mənfi təəssüratları əhəmiyyətli şəkildə azaltmaqla özünü sığortalamağa çalışır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00