Dünyanı narahat edən sual
09:22 29-07-2015
İQTİSADİYYAT
Dünyanı narahat edən sual
Yeni müharibə nə vaxt, harada başlayacaq?
Üçüncü Dünya Müharibəsi Avropadan dünyaya yayılacaq, ya Yaxın Şərqdə başlayacaq? Dünyanı məhvə aparacaq fitili Rusiya alovlandıracaq, ya Amerika ilə Çin? Budur baş verəcəklərin ssenarisi...
Qlobal siyasətin gedişatı sürətlə dəyişir, dövlətlərin planları və istəkləri fərqli görkəmlərə düşür, terror təşkilatları "qəflətən" aktivləşir və ya əksinə, gözlənilməz halda "parçalanır", radikal qruplaşmaların keçirdikləri əməliyyatlar sanki peşəkarların başçılıq və idarə etdikləri ssenarilər təsiri bağışlayır.
Düzəndəyişir. Nə baş verir?
Türkiyənin "Sabah" qəzetininyazarı ÖzgülApaçebununlabağlı araşdırmaaparıbvə gəldiyinəticələrdə yetərincə maraqlıdır.
Eyni zamanda, Bloomberg-in eksperti Naycel Semovski və Reuters-in analitiki Entoni MakBrayd da analoji təxminlərini açıqlayıblar.
Ssenari 1
Avropa 2018-ci ildə döyüşə girəcək. Bu fəlakət ssenarisinə görə, ilk döyüş Avropada partlayacaq. Avropa ölkələri yalnız yeddi il içində bir-birlərinə girəcək. Bu iddianı ortaya İngiltərənin Daily Mail qəzeti atıb. Qəzetə görə, başda Yunanıstan olmaq üzrə yaşanan maliyyə böhranını həll etməyə çalışan Avropanı, çox təəssüf ki, sülh dolu bir gələcək gözləmir. Almaniya baş naziri Angela Merkelin bu sözləri bu iddianı təsdiqləyir:
"Kimsə Avropada yarım əsr daha sülhün hakim olacağına inanmamalıdır. Əgər avro çöksə, Avropa da çökər".
İlk olaraq çətinliklər Yunanıstanda baş verəcək, daha sonra İtaliyada, Almaniyada, İrlandiyada və İngiltərədə bənzər hadisələr baş verəcək.
Pozulan iqtisadiyyatlar, işsizliyin və ictimai qarışıqlığın gedərək yayılmasına yol açarkən, qitə daxilində irqçilik ayrı-seçkiliyi yayılacaq, immiqrantlara hücumlar artacaq.
Ssenari 2
İsrailin İranı vurduğu gün Türkiyə də Suriyanı vuracaq. Londonda yayımlanan "Al-Quds Al Arabi" qəzeti Türkiyənin Suriyaya hücum ssenarisi olduğunu vurğuladı. Ərəb mediası və analitiklər Suriyanın artan izolyasiyasının regional döyüş ehtimalı yaratdığını irəli sürürlər. Türk mediası iki müsəlman qardaş ölkənin bir-birinə girəcəyi ilə bağlı bir çox məlumatlar yazıb.
Ssenari 3
Digər bir ssenariyə görə, III Dünya Müharibəsi Kosovoda başlayacaq. Bu iddianın sahibi Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozindir. Brüsseldə qatıldığı televiziya proqramında bu iddiasını irəli sürmüşdür. Serb xalqının Kosovadakı inkişaflara dözümsüzlüyü bu döyüşə səbəb ola bilər, elə I Dünya Müharibəsi də Balkanlarda başlamışdı.
Ssenari 4
Savaş Türkiyə-Yaponiya və ABŞ-Polşa arasında olacaq. Stratfor dünyanın ən çox sözü dinlənilən, xarici siyasət mövzularında Pentaqon daxil, bir çox quruluşa məsləhət vermiş strateji araşdırma şirkətlərindən biridir. Stratforun araşdırmaçısı olan Fridmana görə, gələcəkdə Rusiya və Çin geriləyib çökəcək. Üçüncü Dünya Müharibəsi Türkiyə-Yaponiya və ABŞ-Polşa arasında reallaşacaq.
Bu ssenariyə görə, Türkiyə 2020-ci ildə dünyanın ən böyük 10-cu iqtisadiyyatına sahib olacaq. Rusiya isə çökmüş vəziyyətə düşəcək. ABŞ Türkiyənin və Yaponiyanın inkişafından olduqca narahatdır.
Ssenari 5
ABŞ və Çin arasındakı kiber müharibə gerçəyə çevriləcək. ABŞ Nümayəndələr Məclisi Kəşfiyyat Komitəsinin sədri Mayk Roqers "Çinin internet üzərindən etdiyi hücumlarla ABŞ-dan məlumatçalma səylərinin dözülməz bir nöqtəyə gələcəyinə və bir çox dövlətin Pekini bu mövzuda dayandırmaq üçün hərəkətə keçəcəyini" söylədi. Bu vaxt Çin-ABŞ gərginliyi ticarət sahəsində də özünü göstərəcək.
Ssenari 6
Dağlıq Qarabağ münaqişəsi, nə qədər paradoksal və inanılmaz da olsa, üçüncü dünya müharibəsinin əsasını qoya bilər. Ermənistan işğalçı siyasətindən, millətçilik və ifrat şovinizmin dövlət siyasəti səviyyəsində yeridilməsindən əl çəkməyincə Cənubi Qafqazdakı situasiya əsla normallaşan deyil. Belədə, Dağlıq Qarabağdakı cəbhə xəttində hərbi əməliyyatların başlanması az sonra Azərbaycan-Ermənistan sərhədində də toqquşmalara səbəb ola bilər.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu, habelə bu ölkənin Gümrü rayon mərkəzində Rusiyanın 102-ci bazasının yerləşdiyini nəzərə alsaq, Rusiya birmənalı olaraq münaqişədə tərəfə çevriləcək.
Rusiyanın tərəf olması onun Cənubi Qafqazdakı proseslərə təsir imkanlarının aprior artması demək olduğundan, Qərb baş verəcək proseslərdən kənarda qalan deyil.
ABŞ və Avropa Birliyi potensial münaqişədə mütləq şəkildə neytral qalmağa çalışdıqlarını desələr də, onların hadisələrə olduqca fəal müdaxiləsi əsla istisna deyil.
Müharibə başlayarsa, Türkiyə və İranın da adi seyrçi, laqeyd müşahidəçi qismində qalmaları sadəcə, mümkün deyil.
Beləcə, Dağlıq Qarabağ münaqişəsinin aktiv hərbi əməliyyatlar fazasına keçidi Qərb ilə Rusiya-İran dueti arasındakı ziddiyyətli durumu daha da sərtləşdirəcək və sonucda bu polyar geosiyasi oyunçular açıq qarşıdurmaya keçəcəklər.
Münaqişə regiondakı vəziyyəti ifrat dərəcədə pisləşdirməklə yanaşı, Ön Asiyadan tutmuş, postsovet məkanına təsir edəcək.
ABŞ və Avropa Birliyi indiki təki apatik mövqe tutaraq, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqları az qala sonsuzadək uzatmaq taktikasından əl çəkməsələr, Ermənistanın işğalçı dövlət olduğunu etiraf etməklə kifayətlənməyib aqressora layiq olduğu yerini göstərməsələr və münaqişə tərəfləri arasında absurd "danışıqlar pariteti"nin bərqərarına can atmağın məntiqsizliklə yanaşı, təhlükəli olduğunu dərk etməsələr, qlobal geosiyasi "sınma" xətlərinin biri də regionumuzdan keçəcək.
Orxan Hun
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05