Ramil Usubov keçmiş deputatın oğluna vəzifə verdi - DİN-də təyinat

Daxili işlər orqanlarında yeni təyinat olub.

Suraxanı rayon Polis İdarəsinin növbətçi hissənin rəisi Zaur Məmmədov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Dövlət Yol Polisi İdarəsində 7-ci tağımın komandiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Z. Məmmədov Azərbaycan Milli Məclisinin keçmiş deputatı Oruc Məmmədovun oğludur.