Leyla və Arif Yunusların vay-şüvənliyi
09:47 06-08-2015
İQTİSADİYYAT
Ermənilərə işləyən agent ər-arvad
məhkəmədə şou düzənləyərək diqqəti
xəyanətinlərindən yayındırmağa çalışırlar
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə vəkil Əfqan Məmmədov məhkəmə tərkibinə etiraz edib. Bu vaxt Leyla Yunus səs-küy salaraq, hakimin ünvanına təhqiramiz ifadələr işlədib. Arif Yunus isə çıxış edərək bildirib ki, xəstə olduğundan hər gün məhkəməyə gəlib-getmək onun üçün çətinlik yaradır. Məhkəmənin onun iştirakı olmadan keçirilməsini istəyib: "Prosesə dərmanlarla gəlib-gedirəm. MTN mənim üçün doğma evim kimidir. Orda mənə çox yaxşı baxırlar".
Dövlət ittihamçısı Fərid Nağıyev vəkilin etirazına münasibət bildirərək onun əsaslandırılmadığın bildirib.
Arif Yunusun isə həkim nəzarətində saxlandığını deyən dövlət ittihamçısı narahatlığa əsas olmadığını deyib. O, ehtiyac olduğu təqdirdə həkimlərin müdaxilə etdiyini vurğulayıb.
Məhkəmə heyəti qərara gəlib ki, kifayət qədər əsas olmadığından etirazlar baxılmamış saxlansın.
Sonra məhkəmə sənədlərinin təhlili başlayıb. Sənədlərə bank əməliyyatları, Arif Yunusun Çexiyada ev alması ilə bağlı apardığı danışıqlar, təqsirləndirilən şəxslərin Bakıdakı evlərində aparılan axtarış zamanı müsadirə olunan sənədlər və s. daxildir. Sənədlərin təhlili yekunlaşdıqdan sonra söz istəyən Leyla Yunus bildirib ki, 1996-cı ildə qeydiyyata alınmış Ön Qafqaz Qadınlarının Cəmiyyətinin faktiki sədri olub: "Cəmiyyətə faktiki olaraq, mən rəhbərlik etmişəm. Qurumun hüququ sədri Rəna Səfərəliyeva idi. Amma o, cəmiyyətin fəaliyyətində iştirak etmirdi, tamamilə uzaqlaşmışdı. Bu cəmiyyət çətir rolunu oynayırdı. Sülh və Demokratiya İnstitutu, Qadın Krizis Mərkəzi və Minalardan Müdafiə Təşkilatı buraya daxil idi. Biz daha sonra həmin təşkilatların qeydiyyata alınması üçün müraciət etmişdik. Cəmiyyət dövlət qeydiyyatından keçdiyi üçün bütün qrantlar cəmiyyətin hesabına köçürülürdü. Cəmiyyətin sədr müavini kimi pulları almaq hüququ mənə verilmişdi. Heç bir sənəd saxtalaşdırılmayıb və vergidən yayınma faktı olmayıb".
Bununla da, məhkəmə istintaqı yekunlaşıb. Proses avqustun 6-da dövlət ittihamçısının çıxışı ilə davam etdiriləcək.
"Unikal" olaraq, qeyd etmək istəyirik ki, Leyla Yunus kimi millətinə, dövlətinə xəyanət edənlər həmişə yalandan səs-küy salaraq, diqqəti əsas cinayətlərindən yayındırmağa çalışırlar. Xatırlayanlar bilir ki, onun barəsində cinayət işi açılanda, evində axtarış aparılanda polis zabitinin papağının vurub yerə salmışdı. O zaman onun əsas məqsədi kameralar önünda şou düzəltmək idi. Amma son anda faktlarla sübut olundu kimi, dövlətinə və millətinə xəyanət edərək ermənilərlə iş birliyində olub. İndi də məhkəmədə hay-küy salır, hakimin ünvanına təhqir dolu ifadələr səsləndirir. Özünün xəstəliyə vuraraq prosesin uzadılmasına nail olur. Amma unudur ki, yalan ayaq tutar yeriməz.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05