Aydın Bəşirov narahatlıq keçirir
13:12 07-08-2015
İQTİSADİYYAT
Keçmiş «gəmiçilik şefi" yaxtası ilə bağlı qalmaqaldan qorxuya düşüb
Bakı buxtasında Xəzər Dəniz Gəmiçilik idarəsinin keçmiş rəisi Aydın Bəşirovun ailəsinə məxsus yaxtanın yoxa çıxması məsələsinə aydınlıq gəlib. Bəlli olub ki, yaxtanı kimsə oğurlamayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Füzuli Abdullayev adlı şəxs Bakı buxtasındakı "Yaxt-klub"da lövbər salan 65 metrlik yaxtasının oğurlanması ilə bağlı polisə şikayət edib.
Araşdırmalar zamanı isə əslində yaxtanın oğurlanmadığı aşkara çıxıb. Ortaya çıxan daha bir maraqlı fakt isə oğurlandığı iddia olunan gəminin Aydın Bəşirovun oğlu İlqar Bəşirova məxsus olması idi. Daha doğrusu, sən demə, Aydın Bəşirov Xəzər Dəniz Gəmiçilik idarəsinə rəhbərlik etdiyi vaxtlarda, Bakıdan İranın Ənzəli limanı marşurutu üzrə hərəkət edən "Vətən" adlı gəmini oğlunun adına özəlləşdirib.
Oğlu isə özləlləşdirilən dövlət əmlakını yaxta kimi yenidən qurdurub.
Bu məlumatları Xəzər Dəniz Gəmiçilik İdarəsində də təsdiqləyirlər. Düzdür yaxtanın sahibinin soyadı Bəşirov olmasa da, keçmiş rəis Fizuli adlı şəxsin oğlu olduğunu bəyan edib.
Necə olur ki, bir məmur övladı dövlət əmlakını özəlləşdirir və onun saxlanılmasına küllü miqdarda vəsait sərf edir. Axı yaxtanın saxlanılma xərcləri az deyil.
Nəzərə alsaq ki, Aydın Bəşirovun məmur işlədiyi zaman dövlətdən aldığı məvacib 1500-2000 manat arasında olub. Bəs bununla yaxtanı necə saxlamaq olar. Elə bu zaman ortaya çoxlu suallar çıxır.
"Məmurların, eləcə də dövlət qulluqçularının əmək haqları, onların böyük məbləğdə və bahalı dövlət əmlakını özəlləşdirməsinə imkan vermir. Əgər aldığı həmin əmək haqqı ilə məmur yaşıyıbsa və işləyibsə, həmin məmurun həmin əmlakı almaqla bağlı ödəniş etmək imkanı yoxdur. Amma təəssüflər olsun ki, məmurlar və onların övladları bahalı dövlət əmlakını ona görə alırlar ki, həmin qurumlarda korrupsiya halları baş verir", - bunu mövzu ətrafında danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Əldə etdiyimiz məlumata görə, Aydın Bəşirov özü qalmaqallı yaxtanın real sahibinin özü olmasının üzə çıxmasından bərk narahatlıq keçirir. Keçmiş «gəmiçilik şefi" bu ifşanın müəyyən dairələr tərəfindən məqsədli edildiyi qənaətindədir. O əndişələnir ki, əslində bu, son nəticədə onun həbs edilməsinə yönəlmiş plan da ola bilər.
Məsələ burasındadır ki, Aydın Bəşirovun dövlətə məxsus "Vətən" gəmisini necə özəlləşdirməsi məsələsi artıq ciddi şəkildə gündəmə gəlib. Bu istiqamətdə müəyyən araşdırmaların aparılması, ortaya korrupsiyanı sübut edən faktların çıxması halında isə Bəşirova qarşı cəza tədbirlərinin görülməsi istisna edilmir.
Ümumiyyətlə, sabiq «gəmiçilik şefi" son vaxtlar Azərbaycanda görünmür. Onun Türkiyədə yaşadığı və buradakı biznesinin idarəçiliyi ilə məşğul olduğu bildirilir. Bəzi ehtimallara görə, Aydın Bəşirovun Azərbaycana gəlməkdən ehtiyat etməsinin əsl səbəbi tamamilə başqadır. Belə ki, o vəzifədə olduğu dövrdə yol verdiyi korrupsiya halları ilə bağlı hər an sorğulanmaqdan narahatlıq keçirir və işini ehtiyatlı tutaraq əsasən Türkiyədə yaşamağa üstünlük verir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12