AXCP-də çirkin oyunlar gedir
10:50 08-08-2015
İQTİSADİYYAT
AXCP-də çirkin oyunlar gedir
Razi Nurullayev: "Əbülfəz Qurbanlı da hər hansı oyunun qurbanı oldu"
"Yeni Demokratiya" hərəkatının rəhbəri Razi Nurullayev yaxın zamanda təşkilatın gördüyü işlər və nəticələri barədə məlumat yayacaqlarını deyib.
Onun sözlərinə görə, daha yaxşı variantlar tapıb nəticə verə biləcək addımlar yönündə işlər aparılır: "Təşkilatlanma davam edir. İş və təbliğat mərhələsində hərəkatın strukturları artacaq və insanların sayı çoxalacaq. Fikrimizcə, insanlar partiyaya qohumluq əlaqələrinə görə deyil, inanıb gəlməlidir. Cəmiyyətdə oturuşmuş fikir var ki, indiyədək tətbiq olunan formatlar, metodlar heç bir nəticə verməyib. Neçə illərdir eyni simalar, vədlər və proqramlar təqdim olunur. Demokratiya insanlar üçündür, burada işləyən siyasətçilər də insanlara görə işləyir. İnsanların özünün yaratdığı təşkilat olur. Hər bir şəxs, tanımadığımız insan da təşkilatımızda fikrini, ideyasını söyləyə bilər. Hərəkatımızda 5-6 nəfər fokslaşmış insanların mövqeyi olmayacaq, açıq qapı siyasəti yeridiləcək".
R.Nurullayev əlavə edib ki, yeni simalar, potensiallı gənclərlə əməkdaşlıq edəcəklər: "Kölgədə qalan insanların siyasi arenada parlamasına yardımçı olmaq istəyirik. Azərbaycanda siyasət dəyişməlidir. Siyasətin dəyişməsi üçün də siyasi arenada yeni baxışlı insanların olması vacibdir. Dostlarla danışıqlarımızın nəticəsi olaraq digər variantlar, hətta hərəkatın adının dəyişməsi mümkün ola bilər. Bu, gözlənilən olmasa da, yeniliklər ola bilər". O, siyasi partiyalarda gənclərə meydan verilməməsi məsələsinə də toxunub: "Azərbaycan siyasətində oturuşmuş simalar var və siyasət onların biznesinə çevrilib. Bu, həm onların işi, həm çörək ağacı, həm də rahat kreslosu deməkdir. Rahatlıqdan vaz keçmək istəmirlər. Əminliklə deyə bilərəm ki, özləri də perspektiv görmürlər. Siyasətə iş yeri kimi baxmaqdan imtina etməlidirlər". R.Nurullayev bir vaxtlar sədr müavini olduğu AXCP-də gənc həmkarı Əbülfəz Qurbanlının partiyadan istefasına da münasibət bildirib: "Özüm də AXCP-də olmuşam, oradakı oyunları görmüşəm. Əbülfəz Qurbanlı da hər hansı oyunun qurbanı oldu. Söhbət ondan gedir ki, AXCP-də çirkin oyunlar gedir. Kimsə bu oyunların qurbanına çevrilir".
"Keçmiş AXCP üzvləri hərəkatınıza gələ bilərmi" sualını isə o, belə cavablandırıb: "Həyatda mümkün olmayan bir şey yoxdur. Ona görə də heç nəyi istisna etmək olmaz". R.Nurullayev AXCP-dən özünə qarşı bir müddət əvvəl başlanan hücum kampaniyasına da toxunub: "Mənə bəzən deyirlər ki, kimsə nə isə yazıb, heç girib baxmıram. Çalışıram ki, uzaq qalıb heç nəyə fikir verməyim. Öz işimlə məşğulam. Kənardan deyilən heç nə məni maraqlandırmadığından ona vaxt ayırmaq istəmirəm". O, müxalifətin durumunu da dəyərləndirib. R.Nurullayevin fikrincə, Azərbaycan müxalifəti bərbad və ümidsiz vəziyyətdədir: "Məgər müxalifət qalıb ki? Müxalifət çirkin dartışmaların qurbanı olub. Ortada qaranlıq işlərlə məşğul olmaq həvəsi var. Hər bir siyasi partiya və siyasi qurumlar wi-fi sistemi kimi yalnız 50-100 kvadrat metr əraziyə, yəni bu çevrədə olan insanlara səsini çatdıra bilir. Həmin çevrədən kənarda isə onların mübarizəsini, fəallığını heç kim görmür və heç görmək də istəmir. Uzun illərdir seçkilərdə namizədliyini irəli sürənlər, siyasi debatlara qatılanlar eyni simalardır. Əgər 2013-cü il prezident seçkilərinə nəzər yetirsək, 2010-cu ildə siyasi səhnədə olan insanların təkrarını görərik. Bu mənzərə təbii olaraq, insanların böyük bir qisminin siyasətə, müxalifətə marağını öldürüb. Xalqla siyasətçilər arasında dərin uçurum yaradıb. Hazırda, yeni nəsil daha sürətlə yerini bərkidir və bu seçkilərdə ənənəvi müxalifətdən fərqli olaraq, fərqli danışan və siyasət aparan daha çox insan olacaq. Xalq onları tanıyacaq və elə buna görə də 2016-cı ilə bir çox köhnə siyasətçilər "sağ" çıxmayacaq".
Nərgiz
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53