Azərbaycanın ən məşhur klinikasının qapanmasının pərdəarxasıAzərbaycanın ən məşhur klinikasının qapanmasının pərdəarxası
09:16 11-08-2015
İQTİSADİYYAT
Azərbaycanın ən məşhur klinikasının qapanmasının pərdəarxasıAzərbaycanın ən məşhur klinikasının qapanmasının pərdəarxası
Leyla Şıxlinskaya klinikası təmirə dayanır, yoxsa bağlanır?
Azərbaycanın bağlanmış tibb ocaqlarının sırasına daha biri qoşulur. Bu dəfə Bakının ən tanınmış klinikalarından biri qapanır.
Belə ki, məlumata görə, Leyla Şıxlinskaya klinikası fəaliyyətini dayandırır. Klinikaya növbəti fəaliyyəti üçün lisenziya verilmədiyi deyilir. Klinika bağlandığına görə artıq həkim heyəti başqa müəssisələrdə özünə iş tapıb.
Tibb ocağı isə qapılarının bağlanmasını təmirlə əlaqələndirir. Klinikadan bildirilib ki, hazırda müəssisə lisenziya almaq ərəfəsindədir. Beş illik lisenziyanın vaxtı bitmək üzrədir. Ona görə də klinika müvəqqəti olaraq təmirə dayanır.
Qeyd edək ki, əsasən ginekoloji sahə üzrə məşhurlaşan Leyla Şıxlinskaya kilinikasının tanınmış ginekoloq və uşaq həkimləri müxtəlif vaxtlarda paytaxtın başqa tibb müəssisələrinə keçiblər. Bundan başqa, Bakıda fəaliyyət göstərən bir neçə klinikaya lisenziya verilmədiyindən fəaliyyətini dayandırıb.
Maraqlı burasıdır ki, son vaxtlar mətbuatda bir çox digər özəl klinikalarla bərabər Leyla Şıxlinskaya klinikası haqqında da tənqidi materiallar və şikayətlər çoxalıb. Məsələn, təxminən bir ay öncə milli.az saytı yazırdı ki, 6 ildən sonra övlad sahibi olan ailə bu xoş günə doyunca sevinə bilməyib. Səbəb isə onlardan tələb olunan puldur. "Nağıyevlər ailəsi 16 ildən sonra övlad sahibi olublar. Özü də əkiz. Lakin bir əmma var ki, uşaqlar vaxtından tez doğulublar. Hamiləliyin altı ayında doğulan körpələri tibbi personal küvözə (həyati təhlükəsi olan yeni doğulan körpələrin saxlandığı xüsusi qablar) yerləşdirmək məcburiyyətində qalıb. Leyla Şıxlinskaya Klinikasında doğulan körpələr təxminən bir aydır ki, küvözdədirlər. Uşaqların sağlamlığı ilə yanaşı hazırda valideynləri narahat edən bir məqam da var ki, bu da klinikaya ödənəcək məbləğdir. Ana İlahə Nağıyeva iddia edir ki, uşaqların müalicəsi üçün klinikaya 18.000 manat ödənməlidir ki, onlar da bu məbləği tapmaq imkanında deyillər. Bu səbəbdən də ana kömək üçün ictimaiyyətə müraciət edib" - xəbərdə belə deyilirdi.
Bundan əvvəlsə, daha dəqiq desək, apreldə adıçəkilən klinika abort qiymətlərinə görə KİV-də tənqid hədəfi olmuşdu. Buna səbəb isə Səhiyyə Nazirliyinin (SN) Bakıdakı dövlət müəssisələri və özəl klinikalarda qeysəriyyə kəsiyi əməliyyatının aparılması vəziyyətinin öyrənilməsi məqsədi ilə apardığı araşdırmaların nəticələri idi.
Həmin vaxt "Trend" Agentliyi etibarlı mənbədən əldə etdiyi məlumata əsasən bildirirdi ki, yoxlamalar özəl klinikalarda qeysəriyyə kəsiyi əməliyyatının aparılması halları ilə bağlı müəyyən nöqsanlara yol verildiyini üzə çıxarıb. "Bakıda ötən il ərzində doğuş üçün müraciət edən qadınlar üzərində ən çox qeysəriyyə kəsiyi əməliyyatını iki özəl klinika həyata keçirib. Bu klinikalar "Leyla Şıxlinskaya" və "Oksigen"dir… Məlumata görə, SN bu müəssisələrdə qeysəriyyə kəsiyi əməliyyatlarının sayının çox olması səbəblərini öyrənmək üçün araşdırmalar aparacaq" - deyə məlumatda bildirilirdi.
Qeyd edək ki, "Leyla Şıxlinskaya" klinikasında təbii doğuş üçün 1000, qeysəriyyə kəsiyi əməliyyatı üçün 1250 manat tələb olunur.
Mümkündür ki, Səhiyyə Nazirliyi məhz sözügedən yoxlamaların və əlavə araşdırmaların nəticəsinə əsasən beşillik lisenziyası bitən Leyla Şıxlinskaya klinikasına yeni lisenziya müddəti verməkdə tərəddüd edir. Elə bunun da adıçəkilən özəl tibb müəssisəsinin qapadılacağına dair iddiaların ortaya çıxmasına yol aça biləcəyi istisna edilməməlidir.
Çünki KİV-də sözügedən yoxlamalar səhiyyə naziri Oqtay Şirəliyevin adıçəkilən iki məşhur klinikaya "qara xəbər" hazırlamasının anonsu kimi dəyərləndirilmişdi. Görünür, artıq bu ehtimal özünün reallaşma mərhələsinə qədəm qoyur.
O da maraqlıdır ki, dünən gün ərzində, daha doğrusu, bu yazı çapa hazırlananadək nazirlik ölkənin ən məşhur özəl tibb müəssisələrindən birinin qapanacağına dair yayılan xəbərlərə heç bir reaksiya verməmişdi.
Xatırladaq ki, hələ 2005-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanov Leyla Şıxlinskaya klinikasını lisenziyadan məhrum etmək istəsə də, o vaxtki baş həkim Toğrul Adıgözəlov məhkəmədə klinikanın maraqlarını qoruya bilmişdi. Maraqlıdır ki, bundan bir neçə il sonra Adıgözəlov müəmmalı şəkildə istefa vermiş və həmin qərarının səbəb, yaxud səbəblərini izah etmək istəməmişdi.
Onu da deyək ki, Leyla Şıxlinskaya klinikası 1999-cu ildə fəaliyyətə başlayıb. Bu klinika ölkənin ilk özəl tibb müəssisəsi kimi tarixə düşüb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05