Milli Şura Avropadakı ağalarından mitinq sifarişi aldı
13:04 12-08-2015
İQTİSADİYYAT
Milli Şura Avropadakı ağalarından mitinq sifarişi aldı
Sentyabr ayından etibarən kütləvi aksiyalara start veriləcək, amma kimlə və necə?
"İndi yay vaxtı olduğundan Bakı sakinlərinin çoxu istirahətə yollanıb. Buna görə də hələ ki, mitinq keçirməyi planlaşdırmırıq".
Bunu ötən gün mətbuata açıqlamasında AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib. O, Milli Şuranın tezliklə növbəti aksiyalarının olacağını vurğulayıb: "Yəqin ki, sentybrda mitinqlə bağlı məsələlər müzakirə olunub müvafiq qərar veriləcək. Sentyabr ayından etibarən silsilə mitiqnlər gözlənilir".
"Unikal" qəzetinin əldə etdiyi dəqiq məlumatlarda isə bildirilir ki, Milli Şura Avropadakı ağalarından kütləvi aksiyalarla bağlı konkret tapşırıq alıb və indi "sentyabrda silsilə mitinqlər başlayacaq" bəyanatı da məhz həmin tapşırıqla bağlıdır.Məlumdur ki, bu ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcək. Bütün seçkilərdə olduğu kimi, iqtidar cəbhəsində hazırlıq işlərinə başlanılıb. Bütövlükdə müxalifət isə passiv durumdadır. Xüsusən də radikal müxalifət düşərgəsi bu məsələdə çox acınacaqlı durumdadır .
Görünən odur ki, onlar üçün parlament yolu xaricdəki "ağa"larının məsələyə münasibətindən keçir. Bunu dolayısı ilə özlərinin bəyanatlarında da görmək mümkündür. Ümumilikdə isə radikal müxalifətin xaricə meyllənməsinin səbəbləri çox sadədir. Çünki, radikal müxalifətin ilk növbədə ölkə daxilində dayaqları yoxdur. Azərbaycan ictimaiyyəti faktiki olaraq, onları bütün seçkilərdə boykot edib. Yürütdükləri siyasət cəmiyyət tərəfindən heç bir zaman dəstəklənməyib. Bunun da səbəbləri var.
Azərbaycanın milli maraqları ilə bağlı olan bütün məsələlərdə radikal qüvvələr ayrı-ayrı dövlətlərin maraqlarından çıxış ediblər. Dövlətin maraqlarına zidd fəaliyyət göstərib, şəxsi maraqlarını təmin etmək üçün bütün prinsipial məqamlarda riayakar siyasət yürütmələri bu qüvvələrin faktiki olaraq, boykot olmasına zəmin yaradıb. Ziddiyyətlərin dərinləşməsinin əsas səbəbləri onların ayrı-ayrılıqda özlərini xarici qüvvələrə sırımaq istəyindən irəli gəlir. Bu məsələdə də aralarında rəqabət gedir.
Ümumiyyətlə, fəaliyyətdə olduğu bütün dövrlər ərzində qısa fasilələrlə ayr-ayrı bloklar adı altında birləşsələr də, sonda qarşıdurma nəticəsində təmsil olunduqları seçki, siyasi bloklar iflasa uğrayıb. Prezident seçkilərində də bunlar xarici qüvvələrin layihələrində yer aldılar. Yürütdükləri siyasətdə öncədən bəyan etdikləri prinsiplərə tamamilə zidd fəaliyyət göstərmələri bu qüvvələrin Azərbaycan siyasətindən kənarda qalmasına zəmin yaradıb.
Ümumi götürdükdə isə radikal müxalifətin siyasətini şərh edərkən tək parlament seçkilərini nəzərə almamalıyıq. Onlar bütün məsələlərdə xaricə meyl ediblər. Ümumiyyətlə, daxillə, xalqla işləri yoxdur. Siyasətlə məşğul olmaq istəyirlər, hər saxtakarlığa girirlər, ancaq siyasətin əsas məğzi olan xalqla işləməyi düşünmürlər. Onlar elə bilirlər ki, siyasət klaviatura başında əyləşib, nəsə yazmaqdır. Ancaq çox gözəl bilirlər ki, bu il parlament seçkilərini uduzacaqlar. Çünki, ətraflarında 5-10 nəfər adam qalıb. İndidən Mili Şura adından seçkiyə boykot qərarı veriblər. Bu isə gözlənilən mövqedir, çünki bu resursla seçkiyə getmək olmaz. Radikal müxalifət bundan 100 il sonra da Azərbaycanda dialoqa gəlməyəcək. O qədər körpü yandırıblar ki, onların iqtidarla bir masa arxasında oturmağa üzləri yoxdur. Azərbaycan müxalifəti çoxdan deqradasiyaya uğramış mərhələdədir.
Amma xaricdən sifariş olan kimi dərhal birləşən, aksiya hazırlıqlarına başlayan bu qüvvələrin tükənməsi onların noyabr seçkilərindəki manevr imkanlarını tamamilə tükədib. Lap tutaq ki, bəyan etdikləri kimi, sentyabr ayından kütləvi aksiyalara başlayacaqlar, amma necə və kimlə? Axı, onların təşkil etdikləri son mitinqlər də göstərdi ki, bu qüvvələr artıq meydana 500-600 nəfərdən artıq çıxarmaq potensialına malik deyil. Odur ki, müxalifətin 2 sentyabrdan mitinqlərə başlayacağıq" bəyanatı siyasi blefdən başqa heç nə deyil.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53