"Bütün dünya bilir ki, Azərbaycana tiryək qeyri-qanuni yollarla İrandan gətirilir"
12:57 26-05-2012
CƏMİYYƏT
"Bütün dünya bilir ki, Azərbaycana tiryək qeyri-qanuni yollarla İrandan gətirilir"
Adil Əliyev
Milli Məclisin üzvü
(əvvəli ötən sayımızda)
Niyə Ermənistana yox, ancaq Azərbaycana və Gürcüstana ötürülür bu narkotik maddələr?!
Deməli, erməniləri, bu mənfur milləti sizlər doğma qardaş-bacı gözündə görürsünüz, ona görə onları belə ciddi -cəhdlə qoruyursunuz.
Bütün bunlarla bizim xalqın genefondunu məhv etmək heç kimə nəsib olmayacaq.
Azərbaycanlılara qarşı bu kin-küdurətin yaranmasının olduqca sadə və düşündürücü bir səbəbi vardır. Məsələ bundadır ki, son 500 ildə demək olar ki, İranda mütləqi hakimiyyət azərbaycanlıların əlində olmuşdur.
Görünür ki, məhz bu amillərə görə, 1796-cı ildən 1921-ci ilə kimi İranda hökmranlıq etmiş Qacarlar sülaləsi İngiltərə hökumətinin köməyi ilə süquta uğradıldı və hakimiyyətə farsları təşkil edən Pəhləvilər sülaləsi gətirildi.
Pəhləvilər İranda hakimiyyətə gələndən sonra, onlar Cənubi Azərbaycana iğtişaşlar, üsyanlar, mərkəzi dövlətə qarşı "qiyamlar" ocağı kimi baxmağa başladılar.Təbii ki, farslardan fərqli, xalqımız həmişə Cənubi Azərbaycanı Məşrutə inqilabının, Səttraxan hərəkatının, Şeyx Məhəmməd Xiyabani hərəkatının azadlıq mübarizələrinin mərkəzi hesab edir və etməkdədir.
İranın baş naziri Qəvamütsəltənə 1946-cı ildə Pişəvəri başda olmaqla Azərbaycan Demokratik Dövlətinin nümayəndələrinin Tehrana dəvət edir və müqavilələr bağlayırlar. Lakin imzaladıqları "saziş"ləri xaincəsinə pozaraq 1946-cı ilin dekabrında İran, qoşunlarını Cənubi Azərbaycana yeridərək Azərbaycan fədailərinin demokratik hərəkatını qan dəryasında boğdu.
Ən nəhayət, 1979-cu ilin fevralın 10-11-də İranda şah rejimi devrilir.Hakimiyyətə isə uzun illər ermənilərin "xaç atası" olan Fransada mühacirətdə olmuş Ayətullah Musəvi Ruhulla Xomeyni gətirildi.
Axı, niyə məhz yenə Fransa?!
Çox yəqin ki, Fransanı özlərinin ikinci ana vətəni hesab edən "erməni" lərlə hansısa çox "mühüm sazişlər"imzalandıqdan sonra, hakimiyyətə gəlmiş bizim "müsəlman qardaşlar"ımız" hakimiyyətə gələndən sonra qonşu Ermənistana atalıq qayğısı göstərməyə başladılar. Ermənistan müstəqillik qazanandan sonra isə onları hətta Fransa və Rusiya dövlətlərindən artıq "himayə" etməyə başladılar.
Şükürlər olsun ki, kor deyilik, hər şeyi çox əla görürük. Siyasətə baxın, Azərbaycanda Qaraqoyunlular dövlətinin banisi Qara Yusifin üçüncü oğlu Mirzə Cahanşah Həqiqi (1397-1456) hakimiyyət başına gəldikdən sonra ermənilərlə, gürcülərlə "təmas"lar quraraq bu millətləri "kafir" adlandırlımasını farslara qadağan etmişdi. Farslar isə onu "allahsız", dinə xor baxan adlandıraraq, hətta oğlu Pirbudağı atasına qarşı qiyama qaldırmışdılar.
Necə olur azərbaycanlı erməni ilə yaxınlaşan kimi olur "dinsiz kafir", amma farslar ermənilərə yaxınlaşanda olurlar "imam övladı".
Bunlar tarixi faktlardır.
İndi yüz ilin başında Azərbaycan dövləti çox böyük bir "mədəniyyət layihəsi"nə başçılıq edir. Bəli ,bu "mədəniyyət layihəsi" raket silahı, atom bombası, gözəgörünməz təyyarələr və ən nəhayət, "zəlzələ"lər yaradan "tektonik silahlar" layihəsi deyildir ki, qonşu dövlətlərə hədə-qorxu gələk.
"Tektonik silah"lar dedikdə, zəlzələ ocaqlarını süni surətdə oyadılması başa düşülür.
Qonşu Gürcüstanın "Abxaziya problemi" əslində bu "tektonik silah"dan yaranıb. Çoxları bilir ki, SSRİ dönəmində Abxaziyada bu silahın bazası mövcud olmuşdur.
Bu "tektonik silah" vasitəsilə 1988-ci ildə Ermənistanda süni surətdə zəlzələni ona görə yaratdılar ki, bütün dünya "məzlum" ermənilərə diqqət yetirərək, qayğı göstərsinlər. Və bu "qayğı"lar nəticəsində dünyanın dörd bir tərəfindən Ermənistana humanitar yardımlar adı altında silah-sursatlar gətirildi və sonda "çanaq Aazərbaycanın başında çatladı"- Qarabağ düyününə düşdük.
Kimlərdənsə fərqli olaraq bizlər əsil müsəlmanıq. Və bilirik ki, heç bir silah qüdrətli Allahdan güclü deyil.
Azərbaycan xalqı da qorxaq deyil ki, hansısa zəlzələdən qorxub çəkinsin. Sizlərdən fərqli olaraq biz silahdan yox, allahdan qorxuruq. Heç kimə də "xox" gəlmirik.
Lakin bu o demək deyildir ki, bizlər imkan verəcəyik ki, kimlərsə bizi təhqir etsin, hədələsin, bizdə qorxaq.
Sadəcə olaraq, biz abır-həya edirik. Lakin səbrimizin də həddi var.
Sonda Azərbaycanın "genefondu"na olduqca məxfiliklə hücum edilən "silah"ı tapmışıq. Bəli, bu "təzə silah" iranlıların diliylə desək, Əfqanıstanda istahsal olunan tiryək, heroin və kakoindir.
Bu narkotik vasitələr əvvəllər də olub. Lakin bu dərəcədə də yox. Gecə-gündüz Cənubi Azərbaycandakı soydaşlarımızı bu cənnət nemətləri ilə zəhərlədikləri bəs deyil, indi də bizə hücuma keçiblər. Onların çoxbilmiş "instruktor"ları bu narkotik vasitələrdən necə istifadə etməsini olduqca böyük həvəslə bizim gənclərə öyrədirlər. Özü də bu "insturktaj"lar onlar tərəfindən təmənnasız edilir.
Demək olar ki, hər həftə Milli Təhlükəsizlik Nazirliyi yüz kiloqramlarla, dəyəri milyon dollarla ölçülən narkotik maddələrin qeyri-qanuni alış-satışı məşğul olan İran vətəndaşlarının həbsi barəsində məlumatlar yayır.
Təsəvvür edin ki, dövlətimizə qarşı bir "məxfi silah"olan narkotik maddələrin həcmi o qədər çoxalıb ki, artıq Milli Təhlükəsizlik Nazirliyi səviyyəsində onlara qarşı sözün əsl mənasında "müharibə" aparılır.
Lakin təəssüflər olsun ki, doğma vətənimizdə bəzi siyasi partiya liderləri bu "müharibə" də qalib tərəf kimi özümüzü görmək istəmirlər.
Çox maraqlıdır, görəsən, nəyə görə?!
Bu sualın cavabı - "siyasət"dir.
Bəli, lənətə gəlmiş bu "siyasət"lə neçə əsrlərdir ki, İslam dininin müqəddəs ehkamlarını özləri üçün "eybəcərləşdirir"lər. Müqəddəs dinimizdə müsəlman olan şəxsin qul kimi alınıb-satılması yasaqdır, küfrdür.
Lakin I Şah Abbasın vaxtında Türkiyə ilə müharibələrdə əsir düşən müsəlmanlar qul kimi satılırdılar. Təbii ki, Türkiyə tərəfi də, əks tərəfin əsirlərini qul bazarlarına çıxarırdı.
Axı, müqəddəs "Quran"da göstərilir ki, İslam dinini firqələrə bölməyin, yoxsa, ey müsəlmanlar aranızda parçalanma gedəcək və düşmənləriniz sizlərin üstünə gələcək. Hətta Şah Abbas, Rus çarı İvan Qroznının oğlu Fyodra məktub yazıb bildirmişdi ki, əgər rus qoşunları türkləri Azərbaycandan çıxmağa kömək etsələr, əvəzində Bakını, Dərbəndi Moskva dövlətinə bağışlayacaqdır.
Şübhəsiz ki, ona bu məktubu yazmağı tövsiyə edən öz vəziri Allahverdi xan idi.
Vəziri Allahverdi xan isə erməni idi. Bu həmin Şah Abbas idi ki, Şah İsmayılın dövlətçilik ənənələrinə sadiq qızılbaşların üsyanını amansızlıqla yatırtdı. Yenə də erməni vəziri Allahverdi xanın məsləhətiylə.
Şah Abbas sonda erməni vəzirinin məsləhətiylə Səfəvilərin dövlət dili olan Azərbaycan dilinin fars dili ilə əvəz edilməsinə əmr verdi.
Buna görə də Səfəvi dövləti erməni planıyla Şah Abbas dövründən İran dövləti adlandırmağa başlandı.
Bütün bunları olduqca sadə dildə yazdıq. Bizim fikrimizcə, "başa düşülməyən" nəsə qalmadı.
Sonda Elxanilər dövründən qalma (XIII əsr) bir xalq məsəli ilə məqaləni tamamlamaq istərdik. Belə ki, o dövrdə yüksək imtiyazlı məmurlar özləri ilə qızıldan, gümüşdən və ya digər başqa materiallardan düzəldilmiş "payuza" adlanan xüsusi bir lövhəcik aparardı. Məmurlar bu "payuza"nı hansı kənddə olur-olsun, göstərən kimi, dərhal onu yemək-içmək, yataq otaqları və pulla təmin etməli idilər.
O dövrdən xalq "payuza"nı "paz"kəlməsiylə təhrif edərək, öz leksikonuna qəbul etmişdir.
Yəni filankəs və ya filan dövlət bizə "paz" olub.
Vəssəlam!
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00