Məleykə Abbaszadə rəqibinə "göz dağı" verir
13:00 26-05-2012
CƏMİYYƏT
Məleykə Abbaszadə rəqibinə "göz dağı" verir
TQDK-ya əlavə maliyyə vəsaiti ayrılsa, bu, Misir Mərdanova yeni zərbə olacaq
"TQDK ölkədə keçirilən imtahanların təşkili üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı müvafiq qurumlara müraciət edib". Bu barədə dünən keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.
M. Abbaszadənin sözlərinə görə, TQDK-ya ayrılmış maliyyə vəsaiti 100 min nəfər üçün nəzərdə tutulub. "Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına 100 min nəfərin imtahanı üçün 900 min manat vəsait ayrılıb. Lakin orta məktəblərdə buraxılış imtahanını keçirmək bizim quruma həvalə edildiyi üçün əlavə vəsaitə ehtiyac yaranıb. Belə ki, imtahan verəcək kontingentə 250 min şagird də əlavə olunub" - deyə, TQDK sədri qeyd edib.
Göründüyü kimi, Məleykə Abbaszadə 100 min nəfərin imtahanı üçün ayrılan 900 min manatın ən azı 2,5 dəfə artırılmasını istəyir. Yəni TQDK sədrinin istəyinə müvafiq olaraq onun rəhbərlik etdiyi komitəyə əlavə 2, 3 milyon manatın ayrılması realdır.
Bu gerçəkləşərsə, heç şübhəsiz, təhsil naziri Misir Mərdanov xeyli təəssüf hissi keçirməli olacaq. Çünki əgər buraxılış imtahanları onun nəzarətindən çıxarılıb "əzəli rəqib"i olan TQDK sədrinə verilməsəydi, indi üst-üstə ən azı 3,3 milyon manatlıq vəsaitin "sərəncamı" məhz təhsil nazirinə məxsus olacaqdı.
Digər tərəfdən, TQDK sədri Məleykə Abbaszadənin hökumətə müraciətinə müsbət cavab alınacağı təqdirdə, bu, onun Misir Mərdanov üzərindəçki psixoloji üstünlüyünü daha da artıracaq. Belə çıxacaq ki, Abbaszadə iqtidar daxilində o qədər güclənib ki, onun heç bir xahişi yerə salınmır, buraxılış imtahanı istəyir - buraxılış imtahanını onun nəzarətinə verirlər, dərsliklərin qiymətləndirilməsini istəyir - bunu da ona həvalə edirlər, nə vaxt əlavə vəsait istəyir - qeyd-şərtsiz ala bilir.
Misir Mərdanov isə bir ucdan itirə-itirə gedir - baxçaları, məktəb tikintisini, buraxılış imtahanlarını, dərsliklərin qiymətləndirilməsini…
Beləliklə iki rəqibin hazırki durumunun müqayisəsində TQDK sədrinin əlinin xeyli güclənməsi istər-istəməz təhsil nazirini psixoloji olaraq daha da gərginləşdirəcək və küsdürəcək. Günün birində isə eşidəcəksiniz ki, artıq Misir müəllim istefa ərizəsini sakitcə masa üzərinə qoyub...
Könül Ağamalı
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35