Fədail Rəhimovun "məktəbli imperiyası"
11:25 20-08-2015
İQTİSADİYYAT
Fədail Rəhimovun "məktəbli imperiyası"
Bakı Tikiş Fabrikinin yaratdığı monopoliya haqqında müdhiş iddialar!
Hər il yeni dərs mövsümü başlamamışdan əvvəl əsas müzakirə mövzusu vahid məktəbli formaları ilə bağlıdır. Şikayətlərin ünvanı isə kifayət qədər dəqiqdir: Bakı Tikiş Fabriki.
Keçmiş adı ilə "Volodarski fabriki" ilə məşhur olan bu müəssisə haqqında vətəndaşların narazılıqları il-bəil artır. Söhbət adıçəkilən müəssisənin məktəbli formalarının istehsalı və satışı sayəsində inhisarçı mövqelərindən gedir.
Reallıq bundan ibarətdir ki, Fədail Rəhimovun rəhbərlik etdiyi fabrik hazırda Azərbaycanda məktəbli formalarının istehsalı və satışı ilə bağlı inhisarçı müəssisədir. Baxmayaraq ki, Rəhimov KİV-ə açıqlamalarında bunu israrla təkzib etməyə çalışır. Amma reallıq ondan ibarətdir ki, monopolist müəssisələr, nə qədər nəzarət edilsə də, bazarda istədikləri qiyməti diqtə edə bilir. Əks halda F.Rəhimovdan soruşmaq lazımdır: niyə Azərbaycanda oxşar tikiş fabrikləri yoxdur? Nə üçün məktəbli formalarının sifarişi və istehsalı ilə digər fabriklər də məşğul olmurlar? Üstəlik, axı bu cür anoloji müəssisələri regionlarda yaratmaq olardı. Belədə həm əyalətlərdə yeni iş yerlərinin açılması istiqamətində kifayət qədər önəmli addım atılmış olar, həm də valideynlərin daha münasib qiymətə məktəbli formaları almasına "yaşıl işıq" yandırılardı. Bəs bütün bunlar hələlik real deyilsə, yaranmış belə vəziyyət kimin günahıdır? Təbii ki, Fədail Rəhimov kimi inhisarçı maraqları yüksək olan və bazarda yeni oyunçuların olmasını arzulamayan, istəməyən dairələrin!
Buradan ortaya çıxan başqa bir nəticə də vardır: deməli, ya Azərbaycan reallığında normal biznes mühiti yoxdur, ya da bilərəkdən bu müəssisəni - F.Rəhimovun rəhbərliyi altında fəaliyyət göstərən monopolist edənlər var. Hər iki halda sual meydana çıxır: nə üçün? Niyə kimlərsə Fədail Rəhimovun məktəbli formalarının istehsalı və satışı bazarında yeganə, həlledici güc olmasına razılaşır, yaxud buna göz yumurlar? Belə çıxmırmı ki, Bakı Tikiş Fabriki bazarda aparıcı gücə çevrilməyə məhz qaranlıq, şübhəli əməliyyatlar hesabına nail olub.
Bunu da qeyd etmək vacibdir: bizdə bahalıqdan giley etmək bir qaydaya çevrilib. Araşdıranda görürsən ki, məktəbli forması ilk baxışda heç də baha deyil. Sadəcə, vətəndaş hər bir məhsulun qiymətini öz cibi ilə müqayisə edir və narazılıq etməyə haqqı var. Yenə də məsuliyyət əlaqədar hökumət strukturlarının üzərinə düşür, yəni hökumətin borcudur ki, bu cür müəssisələrdə normal əmək haqqı əldə etmək üçün mühit yaratsın, əmək qanunvericiliyinin lazımi tələblərinin yerinə yetirilməsinə nail olsun.
Əks halda, Fədail Rəhimov onun rəhbərlik etdiyi Bakı Tikiş Fabrikinin narazılıqlarla, şikayətlərlə dolu fəaliyyəti qaçılmazdır.
Onu da deyək ki, 1937-ci ildən Volodarski adına tikiş fabriki kimi fəaliyyətə başlayan Bakı Tikiş Fabrikində hazırlanan kişi və qadın kostyumları, gödəkcələr, xəzdərili kürklər keçmiş Sovetlər İttifaqının müxtəlif şəhərlərində, bir sıra xarici ölkələrdə görkəminə, keyfiyyətinə görə yaxşı ad çıxarmışdı. Uzun müddət fasiləsiz fəaliyyətdən sonra müəssisədə yalnız 1988-89-cu illərdə əsaslı yenidənqurma işləri aparılmışdır. 1999-cu ildən "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyəti kimi tanınan müəssisədə çoxsaylı sexlər - bir neçə tikiş sexi, hazırlıq, sınaq, biçim, ütü və presləmə sahələri, laboratoriya, buxarxana və s. fəaliyyət göstərir .
Bakı Tikiş Fabrikinə Fədail Rəhimovun rəhbərlik etməsindən uzun zaman keçir. Onun bu müəssisəyə rəhbərliyi ilə bağlı çoxsaylı şikayətlər var. Hesab olunur ki, el arasında "Volodarski fabriki" kimi məşhur olan müəssisədə hazırda həm monopolist maraqlar, həm də korrupsiya maraqları baş alıb gedir.
Ən acınacaqlısı odur iki, F. Rəhimov haqqında kompromat xarakterli materiallar yalnız onun Bakı Tikiş Fabrikinə rəhbərliyi ilə bağlı deyil. İctimai rəydə yayılan çoxsaylı iddialara görə Rəhimov Bakı Tikiş Fabrikinə rəhbərlik etdiyi dövrdə çox geniş maddi imkanlara sahib olub, dəbdəbəsi ilə göz oxşayan imarətlərə yiyələnib. Onun buna necə nail olduğu barədə qəti söz demək çətindir.
Amma Bakı Tikiş Fabriki rəhbərinin bu postda geniş maliyyə imkanları və lüks həyat şəraiti üçün fürsətlər qazanması F.Rəhimovun məktəbli formalarının istehsal və satışında hm korrupsiya, həm də inhsarçılıq baxımından yaxşı imkanlar əldə etməsini təsdiqləyiir. Maraqlı olan isə budur: görəsən, ənab Rəhimov haqqında səslənən irad və ittihamlar barədə nə düşünür? Axı el arasında boşuna deməyiblər: "Od olmayan yerdən tüstü çıxmaz".
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52