Paytaxtda kriminal hadisələr şiddətlənir; Keçmiş polisi maşınında güllələdilər
10:19 29-08-2015
İQTİSADİYYAT
Qız üstündə başlanan "razborka" tapançadan açılan 8 güllə ilə bitib
Dünən Azərbaycan paytaxtında silahlı insident olub. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Əzimzadə küçəsi 20 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovu tapançadan atəş açmaqla öldürüb.
Daha sonra R. Həsənov idarə etdiyi "Lexus" markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb. Bu zaman o, idarə etdiyi maşını Rəşad Zakir oğlu Məmmədovun idarə etdiyi "Toyota" markalı avtomobilə çırpıb. Nəticədə R.Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R.Həsənov saxlanılıb. Polisdən bildirilib ki, qətlə yetirilən N.İbrahimov keçmiş polis əməkdaşıdır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib. O, baş vermiş hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işinin başlandığını, eyni zamanda iş üzrə müvafiq ekspertiziyaların təyin edildiyini bildirib. Onun sözlərinə görə, İbrahimov Nadir idarə etdiyi "Lexus" markalı 90 SF 333 dövlət qeydiyyatlı nömrə nişanlı maşınla qara rəngli 10 VM 006 nömrə nişanlı "Lexus" markalı maşını idarə edən Həsənov Rövşənlə Nizami Rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi "Makarov" markalı tapançadan İbrahimov Nadirə 8 güllə atıb.
İbrahimov Nadir 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) çatdırılsa da, dünyasını dəyişib.
Nizami rayon Polis İdarəsindən əldə etdiyi məlumata görə, qanlı hadisə qız üstündə olub. Bir müddət əvəvəl polisdən ayrılan N.İbrahimov biznesmen idi. Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.
Daxili İşlər Nazirliyi paytaxtda baş verən silahlı insidentlə bağlı rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, avqustun 28-də saat 01 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilin və orada ölüb. Hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapançanı və patron darağını təhvil verib.
Q.Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53