Türkiyədə qanlı bazar
09:34 08-09-2015
İQTİSADİYYAT
PKK-nın xain hücumu zamanı onlarca türk əsgəri şəhid oldu
Ötən bazar günü Türkiyənin baş naziri Əhməd Davudoğlu Konyada oynanan Türkiyə-Hollandiya futbol matçını yarıda kəsərək Ankaraya qayıdıb və təhlükəsizlik qurumlarının yetkililəriylə təcili toplantı keçirib.
2 saat davam edən toplantıda ordunun Baş Qərargah rəisi Hulusi Akar, Daxili İşlər naziri Səlami Altınok, Jandarma komandanı Qalib Mendi, Milli Xəbəralma Təşkilatının rəhbəri Hakan Fidan, Baş Qərargahın 2-ci rəisi Yaşar Gülər kimi ən nüfuzlu generallar iştirak ediblər. Toplantında nəyin müzakirə olunduğu barədə hər hansı açıqlama verilməyib və yaxın saatlarda yazılı məlumat veriləcəyi bildirilib.
Bununla belə, belə təcili və geniş qatılımlı toplantının keçirilməsinin səbəbi bazar günü axşam saatlarında Hakkari vilayətinin Yüksəkoba rayonunun Dağlıca mahalında baş verən xoşagəlməz bir hadisə ilə əlaqələndirilib.
İlkin məlumata görə, bölgədəki əsgərlər yolları minadan təmizlədiyi sıralarda uzaqdan idarəolunan mexanizmlə bomba partladılıb. Partlayış nəticəsində iki zirehli texnika sıradan çıxarılıb. Ölən və yaralanların olduğu xəbər verilsə də onların sayı açıqlanmayıb. Silahlı Qüvvələrin rəsmi açıqlamasında sadəcə o bildirilib ki, hadisədən sonra genişmiqyaslı əməliyyatlar başlayıb və iki F-16, iki F-4 təyyarəsiylə terror təşkilatının 13 müxtəlif hədəfi bombardıman olunub.
Əvəzində isə Türkiyənin müstəqil informasiya qaynaqları məlum olayla bağlı bəzi detalları üzə çıxarıblar. Məlum olub ki, qardaş ölkənin Dağlıca bölgəsində pusquya düşürülən türk əsgərlərinə aid maşın karvanının yanında bombaların partladılması nəticəsində hərbi maşınlardan biri uçuruma yuvarlanıb. Nəticədə maşındakı 11 əsgər dünyasını dəyişib. Partladılan digər maşında isə ən azı 5 əsgərin şəhid olduğu xəbər verilir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyə srağagünki olayda nə qədər itki verdiyi hələ ki, rəsmi olaraq açıqlanmasa da, bəzi məlumatlara əsasən 16, bəzi məlumatlara görə isə 19 əsgər şəhid edilib. Hətta Türkiyənin "Sözçü" qəzetinin rəsmi internet səhifəsində günün ikinci yarısında şəhid sayının 21-ə yüksəldiyi bildirilib.
Mütəxəssislər illərdir, türk əsgərinə ən böyük zərərin verildiyi Dağlıcanın xüsusi olaraq seçilməsinin səbəbinə də aydınlıq gətiriblər. Məlum olub ki, bu bölgə uzun illər İraqda məskunlaşan kürd separatçılarının Türkiyə keçid nöqtəsi imiş. Əvvəllər türk ordusu tərəfindən payızın sonlarında tərk edilib, yazda yenidən tutulan bu gədiklərdə neçə ildir ki, sabit postlar qurulub. Nəticədə kürd separatçılarının gediş-gəlişi çətinləşib. Bunu həzm edə bilməyən PKK isə həm bölgənin relyefindən dolayı çətin hərəkət türk əsgərlərini daha rahat hədəfə ala bilirlər, həm də terror hücumlarını artıraraq öz keçid nöqtələrini boşaltmağa çalışırlar.
Bu arada Qarsda terror təşkilatı PKK yaraqlılarına qida və digər məhsul aparıldığı xəbərini alan təhlükəsizlik gücləri 3 avtomobili dayandırıb. modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, maşınlarda olan Xalqların Demokratik Partiyasının (HDP) Qarsdan seçilən millət vəkili Şafak Özanli və yanındakı 8 adam nəzarətə alınıb.
Əldə edilən məlumata görə, şübhəli şəxslərin bir marketdən təmin etdikləri qida və ehtiyac vəsaitini Kağızman-Digor çölündə olan bölücü terror təşkilatı PKK üzvlərinə aparacaqları xəbərini alan Digor mahalı təhlükəsizlik komandirliyi avtomobilləri mahal çıxışında dayandırıb.
Şafaq Özanlı şəxsiyyət təsbiti edilməsinin ardından sərbəst buraxılarkən, digər 8 adam isə Digor Sülh Cəza Hakimliyinə aparılıb. Şübhəlilər həbssiz mühakimə olunmaq üzrə sərbəst buraxılıblar.
Hadisə ilə bağlı PKK tərəfi də açıqlama verib. Təşkilatın Suriya qanadı kimi tanınan HPG-nin açıqlamasına görə, saat 15 radələrində baş verən hadisə zamanı 15 türk əsgəri şəhid edilib, xeyli məhmədçik yaralanıb. Açıqlamada partlayışdan sonra iki tərəf arasında atışma yaşandığı da qeyd olunur.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53