Səfər Əbiyevin nazirliyində ikili standartı
12:56 31-05-2012
CƏMİYYƏT
Səfər Əbiyevin nazirliyində ikili standartı
Müdafiə Nazirliyində "Gülhanə sindromu" yaşanır
Azərbaycan ordusunun ehtiyatda olan zabiti, hazırda qeyri-hockin limfoması xəstəliyindən əziyyət çəkən baş leytenant Kazımov Rasimlə bağlı narahatlıqlar davam edir. Dünən məlumat yayıldı ki, artıq zabitimzə yardım üçün hesab nömrəsi açılıb.
Xatırladaq ki, zabitin anası Kazımova Şərafət bir həftə öncə oğlunun Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında müalicəsi üçün müraciət edib. Zabitin anasının verdiyi məlumata görə, Müdafiə Nazirliyi məktuba cavab verib. Nazirlikdən zabitin müalicəsinə rədd cavabı verən MN bunu zabitin artıq ordu sıralarından təxris edilməsi ilə izah edərək , müalicəsi ücün Səhiyyə Nazirliyinə müraciət etməsini məsləhət bilib.
Halbuki baş leytnant Kazımov Rasim sağlamlığını vətən yolunda, post şəraitində hərbi xidmətdə olarkən 2010-cu ildə itirib. Həmin vaxt Müdafiə Nazirliyinin hərbi Qospitalına köçürülən zabit burada müalicəsi mümkün olmadığı əsas gətirilərək Gülhanə Hərbi Tibb Akademiyasına göndərilmədən ordu sıralarından təxris edilib. Zabitin anasının verdiyi məlumata görə, ötən həftə vəziyyəti ağırlaşdığından Mərkəzi Klinik Xəstəxanaya köcürülən zabitin burada birinci kurs müalicəsi başa çatıb. Hazırda müalicədən sonra halsız vəziyyətdə olan K. Rasimin ikinci kurs müalicəsinə bir neçə gündən sonra başlanılmalıdır. Zabitin anası müalicə bir necə gündən sonra başlanılmalı olsa da, bunun ücün pulları olmadığını və ölkə rəhbərliyindən, imkanlı şəxslərdən dəstək gözlədiyini söylədi.
Qeyd edək ki, qeyri-hockin limfoması xəstəliyindən əziyyət cəkən zabitə sümük iliyi köcürülməlidir. Ordu sıralarından təxris edildikdən sonra Milli onkologiya Mərkəzində kimyəvi müalicə alan zabitə sümük iliyi köcürülməsi məsləhət görülərək müalicəsi dayandırılıb.
Müdafiə Nazirliyinin zabitə qarşı ögey münasibətinə isə izah vermək çətindir. Aydın görünür ki, nazirlikdə ikili standart hökm sürür.
Məsələ burasındadır ki, bir neçə gün əvvəl mətbuatda nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun müalicə məqsədi ilə Türkiyənin Gülhanə Hərbi Akademiyasının hospitalına göndərildiyi barədə məlumat yer almışdı. Sonradan mətbuat xidmətindən bildirilmişdi ki, əslində cənab Sabiroğlunun sağlıq durumunda elə də ciddi bir problem yoxdur, narahat olmağa dəyməz.
Əlbəttə, biz də mətbuat xidməti rəhbərinin səhhətindəki problemin ciddi olmapmasından məmnunuq və onun tezliklə iş başına dönməsini arzulayırıq. Amma bu məsələni qabartmaqda niyyətimiz də var: necə olur ki, Səfər Əbiyevin nazirliyində ordu zabitlərinə qarşı bu cür ikili münasibət hökm sürür? Nazirliyin iki zabiti arasındakı ayrı-seçkiliyinin səbəbi nədir?
İzah verilməlidir ki, səhhətində ciddi problem olmadığı halda müdafiə Nazirliyinin bir zabiti Gülhanə Hərbi Akademiyasının hospitalına göndərildiyi halda, nə üçün ordumuzun digər bir zabiti - özü də səhhətində ağır problem olduğu, ölüm təhlükəsi ilə qarşı-qarşıya qaldığı halda! - bu cür operativ diqqətdən kənarda saxlanılır?
Deyilə bilərlər ki, Rasim Kazımov ordudan tərxis olunub, amma bu, heç nəyi dəyişmir. O, ordu sıralarında vətənə hərbi xidmət zamanı ağır xəstəliyə tutulub və Müdafiə Nazirliyinin öz mətbuat xidməti rəhbərinə göstərdiyi həssaslığı Silahlı Qüvvələrimizin hər bir hərbçisi üçün uyğulaması lazımdır.
Əks halda Səfər Əbiyevin ədalət anlayışının cəmiyyətdə, media orqanlarında eninə-geninə dartışma mövzusuna çevrilməsi qətiyyən Müdafiə Nazirliyi rəhbərliyini qıcıqlandırmamalı, əsəbləşdirməməlidir. Üstəlik, ötən ilin yayında "üzü çürüyən əsgər" kimi yaddaşlarda qalan əsgərimiz Eldar Novruzovun da məhz analoji ayrıseçkilik, ögeylik nəticəsində dünyasını dəyişməsindən sonra Əbiyev və onun nazirliyinin hərbçilərimizin sağlıq durumuna qarşı daha həssas davranacağını gözləyirdik.
Bəlli ki, əksər nazirliklərimiz kimi, Müdafiə Nazirliyi də acı təcrübədən dərs çıxarmamaqda, yeni acıların yaşanmasına yol açmaqda israrçıdır.
Təəssüf!...
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22