Göyçayda möcüzə
Ev külə döndü, "Quran" yanmadı
Göyçay rayonunda ikimərtəbəli yaşayış evi yanaraq külə dönüb. Məlumata görə hadisə Göyçay şəhərinin Zakir Nəcəfov küçəsindəki 33 saylı ünvanda yaşayan 1961-ci il təvəllüdlü Şəfiyev İsa Mustafa oğluna məxsus fərdi yaşayış evində baş verib.
Gecə saat 4:00 radələrində baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 360 kvadratmetr olan iki mərtəbəli 7 otaqlı ev tamamilə yanaraq yararsız hala düşüb. Yanğın zamanı 3 ailəyə məxsus ev və geyim əşyaları tamamilə yanıb və ümumilikdə 100 min manata yaxın maddi ziyan dəyib. Hadisə zamanı evdə yatmış olan 8 ev sakini bir təhər qaçaraq yanğından canlarını qurtarıb. Ev sahibi hadisə barədə gec xəbər tutduğu üçün rayon yanğından mühafizə hissəsinə də vaxtında məlumat verə bilməyib. Dörd metr aralıda yerləşən 2 qonşunun evi isə yanğından mühafizə olunub.
Hadisə zamanı evlə bərabər bütün əşyaların yanmasına baxmayaraq, möcüzə nəticəsində şkafdakı 15-ə yaxın "Qurani Kərim", hədis və digər dini kitablar yanmayıb. Ev sakinlərinin hamısı ibadət əhlidir və müqəddəs kitabların yanmaması hadisə şahidlərini və rayon sakinlərini heyrətləndirib.
Hadisəyə elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir.
Digər Xəbərlər
2025-03-04 00:03:51

2025-03-03 21:27:16

2025-03-03 20:47:58

2025-03-03 20:21:38

2025-03-03 19:35:19

2025-03-03 19:31:55

2025-03-03 18:52:30

2025-03-03 18:38:58

2025-03-03 18:26:32

2025-03-03 18:16:00

2025-03-03 18:10:41

2025-03-03 18:08:27

2025-03-03 17:53:52

2025-03-03 17:50:31

2025-03-03 17:34:09

2025-03-03 17:30:38

2025-03-03 17:21:00

2025-03-03 16:42:00
.jpg)