Neftçalada nə baş verir?
12:42 01-06-2012
CƏMİYYƏT
Neftçalada nə baş verir?
Orxan Mansurzadə: "Aclıq aksiyası keçirənlərdən ikisi vaxtilə məhkumluq həyatı yaşayanlardır"
Ötən gün xəbər vermişdik ki, Neftçala rayonunda bir neçə gündür aclıq aksiyası keçirən 7 nəfərə yaxın şəxs yerli polis tərəfindən həbs olunub. Bu barədə məlumat verən mənbə bildirmişdi ki, icra başçına qarşı etiraz əlaməti olaraq aclıq aksiyası keçirənlərin həbs olunması barədə göstərişi rayonun baş memarı Rüstəm Tahirov verib.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Neftçala rayonunda aclıq aksiyası keçirənlərin guya hamısının həbs olunması barədə yayılan məlumatlar yalandır. "Əvvəla Neftçalada 7 nəfər deyil, 5 nəfər aksiya keçirir. Onlardan ikisi əvvəllər məhkum olunmuş şəxslərdir. Biri barəsində isə hal hazırda da cinayət işi qaldırılıb və istintaq gedir. Onların arasında ən stajlı keçmiş məhbus isə Natiq Hüseynovdur. Bu adam indiyə qədər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə düz 5 dəfə məhkum olunub. Dünən isə yenidən polis tərəfindən saxlanılıb".
O.Mansurzadə deyib ki, Natiq Hüseynovun saxlanılmasına səbəb dünən Neftçala rayon mərkəzi poçtunda hay-küy salması olub. "Poçtun işçiləri hadisə yerinə polis çağırıblar. Polis əməkdaşları Natiq Hüseynovu sakitləşdirməyə çalışıblar, lakin o, asayiş keşikçilərinə də tabeçilik göstərməyərək onlara müqavimət göstərib. Guya aclıq aksiyasının təşkilatçısı olan bu şəxsin özünü belə aqressiv aparmasının digər səbəbi onun həm də narkoman olması, indi də narkovasitələr qəbul etməsidir".
Şöbə rəisi daha sonra qeyd edib ki, mayın 30-da Neftçala rayon Prokurorluğunda Natiq Hüseynov barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi qaldırılıb, istintaq aparılır. Bu da onun sayca 6-cı məhkumluğu olacaq".
Orxan Mansurzadə təkcə Natiq Hüseynovun deyil, aclıq aksiyası keçirən daha bir nəfərin də məhkumluq həyatı yaşadığını bildirib. "Həmin aclıq aksiyası keçirənlərdən biri- Səxavət Babayev 2006-cı ildə xuliqanlıq maddəsilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Natiq Hüseynova məxsus evdə guya aclıq edən digər şəxs -Rafiq Baxşıyevin barəsində isə bir qədər əvvəl CM-in 177.2.4 maddəsilə (xeyli miqdarda ziyan vurulmaqla törədilən oğurluq) cinayət işi qaldırılmış və hazırda istintaq aparılır".
DİN-in rəsmisi sonda onu da vurğuladı ki, əvvəllər məhkum edilmiş şəxslərin keçirdiyi aclıq aksiyası heç bir halda səmimi ola bilməz. "Aksiyada iştirak edənlərin əksəriyyətinin kimliyi bu adamların mahiyyətini ortaya qoyur. Dəfələrlə cinayət törədərək, məhkumluq həyatı yaşamış və ya istintaq altında olan bu adamların keçirdikləri aclıq aksiyası da yalnız diqqəti özlərinə cəlb etmək məqsədi daşıyır".
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33