Professordan əxlaqsız təklif
12:43 02-06-2012
CƏMİYYƏT
Professordan əxlaqsız təklif
Hələlik akademik Əhliman Əmiraslanov məsələyə münasibət bildirməyib
Son zamanlar Azərbaycan Tibb Universiteti ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. "Unikal"a daxil olan məlumatlardan biri də elə təhsil ocağında baş verən mühdiş hadisə ilə bağlıdır. Belə ki, universitetin nəzdində olan Stomotoloji Klinika sözün həqiqi mənasında təhsil və ya müalicə ocağından çox, eyş-işarət yuvasına çevrilib.
Sözsüz ki, mərkəzin rəhbəri, kafedra müdiri, 75 yaşlı professor Elxan Kərimovun sayəsində. Belə ki, aydın olub ki, professor mərkəzə müraciət edən müştəri xanımlara tamam başqa nəzərlərlə yanaşır və dəfələrlə professorun bu ağılasığmaz hərəkətləri ortaya çıxıb. Onun sonuncu belə hadisəsi isə hamını şoka salıb. Belə ki, o növbəti "qurbanı" olan xanım müştərini öz kabinetinə dəvət edib və ona konyak içməyi, daha sonra onunla əlaqədə olmağı istəyib. Nəticə də müştəri xanımla, professor arasında gərginliklər yaşanıb. Qeyd edək ki, bununla bağlı redaksiyamıza diskdə təqdim olunub. Beləcə bu gərginlik Yasamal rayon məhkəməsinə qədər gedib çıxıb. 50 min manat iddiası ilə çıxış edən xanıma professor tərəfindən 25 min manat təklif edilib. Amma məhkəmə iddianı qəbul edərək, işə baxmaq üçün ilk addımı atıb. Qəribədir ki, məsələdən xəbər tutan universitetin rektoru, hörmətli akademik professor Elxan Kərimovu cəzalandırmaq əvəzinə Yasamal məhkəməsindən işin dərhal xətm olunmasını istəyib. Və beləcə iş xətm olunur. Amma buna baxmayaraq 75 yaşlı professorun köhnə vərdişindən əl çəkmədiyi söylənilir. Bunun isə ciddi səbəbləri var. Bunlardan biri də budur ki, mərkəz demək olar ki, tamlıqla onun və ətrafındakı bir neçə şəxsin az qala şəxsi mülkünə çevrilib. Bir zamanlar öz müavini Zöhrab Qarayevlə ciddi qarşıdurmalar yaşayan Elxan Kərimov, daha sonra əxlaqsız əməli ortaya çıxandan sonra tam olaraq Zöhrab Qarayevin təsiri altına düşüb. Buda bildirilir ki, bu gün akademik Əhliman Əmiraslanov demək olar ki, mərkəzin fəaliyyətinə nəzarətdən belə kənarda qalıb. Çox qəribədir ki, mərkəzdə bunların əxlaq qaydalarına sığmayan bu özbaşınalıqlara qarşı nə kollektiv, nə də tələbələr heç bir halda reaksiya verə bilmirlər. Səbəb isə budur ki, mərkəzdə bu professorların hər addımda, hər bir qanunsuz hərəkət etdiyi zaman sadəcə olaraq hörmətli akademikin adından istifadə edir. Mərkəzdə yaranan başqa bir problem isə fakültə dekanlığının iki nəfərin əlində əsir qalmasıdır. Bu gün, dekanlıq keçmiş dekan Rizvan Məmmədov, hazırkı dekan Zöhrab Qarayev arasında az qala bölüşdürülüb. Baş verən bütün bu olaylara isə hələ ki, ATU rəhbərliyinin, o cümlədən akademik Əhliman Əmiraslanovun reaksiyası yoxdur. Hətta "Unikal" qəzetinin göndərdiyi sorğuya da heç bir cavab verilmədi. Sonda bunu da nəzərinizə çatdıraq ki, redaksiyamıza daxil olan faktlar sırasında ATU-da baş verən qanunsuzluqlar, tikinti işləri ilə də bağlı ciddi iddialar səsləndirilir və bu işdə də akademiklə bağlı müəyəyn fikirlər səsləndirilir. Bununla bağlı araşdırmaları tamamlayandan sonra nəzərinizə çatdıracağıq. Yazıda adı çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.İnanırıq ki, akademik Əhliman Əmiraslanov bu yazıdan sonra sorğumuza cavab verəcək.
Fuad
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22