Masallıda bazarı yenə bağladılar
11:55 05-06-2012
CƏMİYYƏT
Masallıda bazarı yenə bağladılar
Rayona yeni təyin olunmuş icra başçısı aylıq 50 min manat tələbindən əl çəkmir
Masallı rayonuna yeni icra başçısı təyin olunan Rafil Hüseynov ilk olaraq "Köhnə Bazar" deyilən əraziyə gözünü dikib. Viləş çayının sahilində bəlkə də 100 ilə yaxındır fəaliyyət göstərən həmin bazarı ələ keçirmək üçün bundan əvvəlki icra başçıları da çox cəhdlər ediblər. Amma indi növbə Rafil Hüseynovundur.
Dünən rayondan aldığımız məlumata görə, "Köhnə Bazar" yenidən bağlanıb. Bir müddət əvvəl icra başçısının göstərişi ilə bağlanan bazarın yenidən eyni vəziyyətlə üzləşməsinə səbəb isə dəqiq bəlli deyil. Bazar əhlinin verdiyi məlumata görə, icra başçısı bu əraziləri ələ keçirib, onun yerində ticarət mərkəzləri tikmək istəyir. Bundan başqa, çayın kənarındakı tikililərin də sökülərək, yerində bulvar salınması üçün çalışır. Halbuki bunun üçün heç bir gərək yoxdur. Əksinə, Rafil Hüseynovun atdığı bu addım yüzlərlə ailənin çörəkçiz qalmasına gətirib çıxaracaq.
Lakin bir başqa mənbələr vurğulayırlar ki, məsələ heç də söylənilən kimi deyil. Onlar bildirirlər ki, yeni icra başçısı "Köhnə Bazar"ın sahibinin üzərinə ayda 50 min manat pul vermək tələbi qoyub. Bu qədər pulu yığmağın mümkün olmadığını bildirən bazar rəhbərliyi isə başqa alternativlər təklif edib. Amma Hüseynov bununla razılaşmayıb. O, "Köhnə Bazar"da alver edənləri bir gündə oradan çıxaracağını vurğulayaraq, tələb etdiyi pul gətirilməyənə qədər onların fəaliyyətinə maneçilik törədiləcəyini söyləyib.
Mənbə bildirir ki, dünən bazarın yenidən bağlanması isə tələb olunan pul üçün müəyyən edilmiş 1 ayın tamam olması imiş. Onların dediyinə görə, həmin məbləğ əlinə gəlib çatmadığına görə, icra başçısı yerli polisə göstəriş verib ki, "Köhnə Bazar"a gedən bütün yolları bağlasınlar.
Qeyd edək ki, bu bazarla bağlı qalmaqallardan biri hələ Qəzənfər Ağayevin icra başçılığı dövründə də yaşanıb. Həmin vaxt bəzi addımlar atan keçmiş icra başçısı müqavimətlə rastlaşmalı olmuşdu. Hətta iş o yerə çatmışdı ki, bazarda ticarətlə məşğul olunlar İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq, rəhbərlikdən bu niyyətindən əl çəkməsini tələb etmişdilər.
Görünür, Rafil Hüseynov bu məqamları araşdırmadan addımlar atır. Əks təqdirdə, analoji durumu təkrarlamazdı. Çünki bu dəfə əvvəlki kimi, təkcə aksiya yox, həm də istefa tələbi ortaya qoyulacaq. Ona görə ki, Masallıdan olan sahibkarlar davamlı olaraq qanunsuzluqlarla üzləşməkdən beziblər.
Emin
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22