Qazaxın bir kəndi susuz qalıb
11:32 06-06-2012
İQTİSADİYYAT
Qazaxın bir kəndi susuz qalıb
Daş Salahlı əhli "Akkord"dan su umur
Əhalisinin sayına görə Qazax rayonunun ən böyük kəndi sayılan Daş Salahlıda 10 minə yaxın insan yaşayır. Başqa kəndlərdən fərqli olaraq, adıçəkilən bu kənd planlı qruluşa malikdir. Bu planlılığın nəticəsində də kəndə yol və kommunal xətlərinin çəkilməsi, mütəxəssislər tərəfindən, digər kəndlərə nisbətən asan hesab edilir.
Bildirək ki, Daş Salahalıda gil fabriki və bir neçə daş karxanası fəaliyyət göstərir. Bunlardan əlavə isə yaxın vaxtlarda fəaliyyətə başlaması gözlənilən Sement zavodu tikilməkdədir. Kənddə Sement zavodunun tikintisini isə "Akkord" Şirkətlər Qrupu həyata keçirir. Elə bü günki yazının ana xətti də "Akkord"la bağlıdır. Belə ki, Daş Salahlının Sement zavoduna yaxınlıqda yerləşən sakinləri susuzluqdan əziyyət çəkirlər. Həmin ərazidə isə təxminən 30-40 ailə yaşayır.
Problemlərini təfsilatı ilə öyrənə bilmək üçün "pasyolka" adlanan ərazidə olduq. Sakinlər bildirdilər ki, 10 ildən çoxdur onlar burada məskunlaşıblar və bu müddət ərzində sadəcə iki dəfə onlara su verilib. Qeyd edək ki, Daş Salahlıya 12 il əvvəl dövlət hesabına qonşu kənddən böyük su boruları çəkilib. Kənddə "bələdiyyə suyu" adlanan bu su mütəxəssislərin və istifadəçilərin bildirdiyinə görə içmək üçün yararlı deyil. Buna baxmayaraq kənd əhalisi bu sudan təsərrüfatda və məişətdə istifadə edə bilir. Su borularının çəkilməsi zamanı (12 il əvvəl) "pasyolka"da məskunlaşanların sayının indikindən az olması səbəbiylə, kəndin başqa hissələrinə nisbətən, "pasyolka"ya çəkilən borunun ölçüsü kiçik hesablanıb və diametri kiçik olan boruyla su çəkilib. Elə bu səbəbdəndir ki, hal-hazırda sakinlərinin sayı əvvəlkindən qat-qat çox olan əraziyə su çatdırılması mümkünsüzləşib.
Məsələ ilə bağlı həm su çəkilişinin planlanmasında iştirak edən mühəndislərin, həm də aidiyyatı qurumların fikirlərini öyrəndik. Aldığımız məlumata görə,bu problemin həlli ilə bağlı kənd bələdiyyəsi uzun müddətdir ki, çalışmaqdadır. Belə ki, bələdiyyənin göstərişi ilə dəfələrlə digər hissələrin fasiləli olaraq suyu azaldılaraq, "pasyolka"ya su çatdırılmasına çalışılıb. Ancaq bütün səylər nəticəsiz qalıb. Səbəb isə yuxarıda da qeyd etdiyimiz kimi 12 il əvvəl çəkilən, kiçik ölçülü borunun uzun məsafəyə suyu ötürə bilməməsidir (borunun ön tərəfində su paylanır, axın zəifləyir).
Bələdiyyədən verilən məlumata görə bu problemin həlli üçün başqa yollar da axtarılır. Bu yollardan ən optimalı isə "pasyolka"ya yaxınlıqda yerləşən Sement zavoduna çəkilmiş olan su borusundan həmin əraziyə kifayət edəcək qədər su alına bilməsidir. Sözügedən boru suya ehtiyac olan ərazidən 300-350 metr uzaqlıqdan keçir. Sakinlər deyirlər ki, su çəkilişində onların üzərlərinə düşən xərcləri toplayıb verə bilərlər, yetər ki, onlara su çəkilə bilsin. Bələdiyyənin bu barədə "Akkord"un kənddəki nümayəndələri ilə görüşü baş tutub və "Akkord" rəsmiləri bildiriblər ki, boru çəkilmiş olsa da, hələ su verilməyib. Su verildiyi zaman bu haqda müzakirələr etməyin mümkünlüyü vurğulanıb.
Ancaq iki gün əvvəl məlumat aldıq ki, artıq "Akkord"a su verilib. Məlumatı dəqiqləşdirmək üçün "Akkord"un Daş Salahlıdakı ofisinə getsək də, mühafizəçilər bildirdilər ki, direktor Hikmət müəllim məzuniyyətdədir və başqa kimsə bu məsələ ilə bağlı fikir bildirmək istəmir.
Bütün hallarda, kəndin "pasyolka" adlanan hissəsinda yaşayan sakinlər su probleminin həlli üçün kömək gözləməkdədirlər. Bununla bərabər,sakinlər çəkilən xərcləri ödəməyə hazır olduqlarını dəfələrlə qeyd ediblər. "Akkord"un rəsmilərinə müraciət etməyə hazırlaşan sakinlər ümid edirlər ki, bu problemin həllində şirkət onlardan əlindən gələn köməyi əsirgəməyəcək.
Cavid
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00