Dispora Komitəsinin də səlahiyyətləri azaldılır
11:36 07-06-2012
İQTİSADİYYAT
Dispora Komitəsinin də səlahiyyətləri azaldılır
Yeni qaydalara əsasən səfirliklərin tərkibində xaricdə yaşayan soydaşlarımızla işləyən qurumlar formalaşdırılacaq
Məlum olduğu kimi, son dövrlər Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (XYAİDK) ətrafında bir sıra problemlər yaşanır. Nazim İbrahimovun başçılıq etdiyi komitənin əsas problemi kimi, elə komitə sədrinin özü göstərilir. Belə ki, yuxarı dairələr onun fəaliyyətindən narazılıq edirlər.
Qeyd edək ki, hər il xaricdə yaşayan soydaşlarımızın diaspora kimi formalaşması üçün dövlət büdcəsindən milyonlarla manat pul ayrılır. Lakin bunun qarşılığında XYADİK tutarlı tədbirlər görə bilmirlər. Həmçinin xaricdə yaşayan soydaşlarımız komitənin fəaliyyətindən narazılıq edərək, onun ayrı-seçkilik saldığını və Nazim İbrahimovun şəxsi maraqlarını daha çox önə çəkdiyini bildirirlər. Vəziyyətin getdikcə pisləşməsi və nəticəsizlik mahiyyət etibarı ilə komitə sədrinin fəaliyyət sahəsini də daraltmaqdadır.
Narazılıqlara gəldikdə isə rəsmi dairələr dəfələrlə bununla bağlı İbrahimovu xəbərdar ediblər. Bu barədə verilən məlumatlarda deyilir ki, hətta bir neçə dəfə Nazim İbrahimovun diqqətinə çatdırılıb ki, artıq bu şəkildə davam edə bilməz. Əks təqdirdə, onun postunda qalması sual altına düşəcək. Mənbə bildirib ki, bu xəbərdarlıqdan nəticə çıxaracağı gözlənilsə də, Nazim İbrahimov heç bir addım atmayıb. Əksinə, işi o həddə çatbırıb ki, artıq rəsmi dairələr konkret addım atmaq qərarına gəliblər.
Məlumatda deyilir ki, yaxın vaxtlarda XYAİDK-in səlahiyyətlərinin azaldılması ilə bağlı təkliflər hazırlanaraq, parlamentə təqdim olunacaq. Həmin təkliflərə əsasən komitənin xaricdə apardığı fəaliyyət bir qədər məhdudlaşdırılacaq. Belə ki, XİN-in nəzarətində olan səfirliklər və diplomatik korpuslara əlavə səlahiyyət veriləcək ki, bunu da həyata keçirmək üçün onların tərkibində qurumlar yaradılacaq. Mənbə bildirir ki, yeni dəyişikliklərə görə, səfirliklərin tərkibində yaradılacaq yeni qurumların əsas missiyası xaricdə yaşayan azərbaycanlılarla birlikdə diaspor təşkilatlarının yaradılması və bu sahədə, onlara dəstəyin verilməsindən ibarət olacaq.
Lakin yeni təkliflərin payızdan tez təsdiqlənəcəyi gözlənilmir. Çünki parlament hal hazırda tətildədir və payız aylarından etibarən fəaliyyətə başlayacaq. Ona görə də, Nazim İbrahimov həmin müddətə kimi, indiki qaydalarla işləməli olacaq.
Ancaq bir başqa məlumat da var ki, İbrahimov özünü sığortalamaq və parlamentdə təkliflərin qismən keçməsinə nail olmaq üçün yaxnı münasibətdə olduğu deputatlarla görüşlərə başlayıb. Mənbə bildirir ki, komitə sədri deputatlardan xahiş edir ki, həmin təkliflər müzakirə olunan zaman, bəzilərinin çıxarılması və ya yumuşaldılması üçün addımlar atsınlar. Qarşı tərəfin bununla bağlı münasibəti isə hələlik tam məlum deyil. Ona görə ki, deputatlar tapşırığın yuxarıdan gəldiyini bildiklərindən, buna qarşı çıxa bilməyəcəklərinin fərqindədirlər. Elə bu səbəbdən də payızda İbrahimovun arzulamadığı vəziyyətin yaranacağı istisna edilmir.
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40