Elmar Vəliyev Gəncəni böldü
12:48 08-06-2012
CƏMİYYƏT
Elmar Vəliyev Gəncəni böldü
İcra başçsı hər bir idarə rəhbərinə şəhərin
bir hissəsini tapşırıb
Bu ildən etibarən bəzi icra başçıları sözün həqiqi mənasında gülməli ideyalarını həyata keçirmək üçün hərəkətə keçiblər. Hələ bir müddət əvvəl Salyanın icra başçısı Tahir Kərimov rayonu tamamilə idarə və müəssisələr arasında bölüşdürmüşdü. Belə ki, bütün idarə müdirlərinə stendlər hazırlatdıraraq, rayonun mərkəzindəki yaşıllıqların qorunması məsqsədi ilə həvalə olunan ərazilərdə basdırılmasını tələb etmişdi.
Amma bu sahədə Tahir Kərimov tək deyilmir. Artıq Gəncənin icra başçısı Elmar Vəliyev də onun kimi, "evrika"dan istifadə edib. Redaksiyamıza daxil olan məlumata görə, Gəncənin icra başçısı bütün idarə və müəssisə rəhbərlərini başına yığaraq, onların qarşısına tələb qoyub. Həmin tələb də ondan ibarətdir ki, sözügedən şəxslər şəhərin ayrı-ayrı yerlərində yaşıllıqları qorumalıdırlar. Bunun üçün onlara stendlər hazırlatdıran Vəliyev tapşırıq verib ki, onları nəzərdə tutulan ərazilərə basdırsınlar.
İcra başçısı bununla da kifayətlənməyib idarə və müəssisə rəhbərlərinə qəti tapşırıq verib ki, hər həftənin bazar günləri işçiləri yaşıllıq olan ərazilərə çıxararaq, orada təmizlik işləri aparmaq üçün iməclik təşkil etməlidir. Hər həftənin bazar ertəsi günü ərazilərə baxış keçirəcəyini bildirən Vəliyev hansı sahədə zibillik müşahidə edərsə, ora nəzarət edən idarənin rəhbərini işdən çıxaracaq.
Qeyd edək ki, belə bir təşəbbüsün həyata keçirilməsi doğru hal deyil. Əvvəla Gəncə böyük şəhərdir və təbii ki, orada yaşıllığın olması şərtdir. Ancaq bu o demək deyil ki, şəhər idarə və müəssisə rəhbərləri arasında bölüşdürülməlidir. Bunun üçün müvafiq qurumlar var və onların işini başqalarının üzərinə qoymaq, həm qanun pozuntusu, həm də yanlış addımdır.
Aydın məsələdir ki, icra başçıları özlərini daha çox yerli "padşahlar" kimi aparırlar. Elə bu səbəbdən də işçilərini də özlərinin əyan-əşrəfi hesab edirlər. Digər tərəfdən də, müxtəlif ideyalarını həyata keçirmək üçün tabeçiliyində olan idarə və müəssisə rəhbərlərindən yararlanmaqla, "padşah" statuslarını təsdiqlətməyə çalışırlar.
Namiq
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49