Nəqliyyat Nazirliyində yüksək post tutmuş Əmrah Cəfərova yeni vəzifə verilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimlinin əmri ilə Əmrah Cəfərov taksi fəaliyyətinin planlaşdırılması şöbəsinin rəis müavini təyin olunub.
Əmrah Cəfərov Unikal.org-a faktı təsdiqləyib. O bildirib ki, 20 gündür bu vəzifəyə təyinat alıb: "Əsas vəzifəm taksi və avtobuslarda mədəni xidmətlərin göstərilməsi nəzarət etməkdən ibarət olacaq.
Xatırladaq ki, Əmrah Cəfərov Nəqliyyat Nazirliyinin ləğv edilmiş Dövlət
Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin
rəis müavini vəzifəsində çalışıb.