Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov yaş həddinə görə təqaüdə göndərilib.
Unikal.org məlumatına görə, C. Məmmədov bu vəzifəyə 1995-ci ilin iyun ayından təyin olunub.
C. Məmmədov 1976-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləyib.
O, ictimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunmasında, habelə respublikamızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə uğurlu nəticələrə və müsbət göstəricilərə, həmçinin uzun illər səmərəli və qüsursuz xidmətlərinə görə ölkə və DİN rəhbərliyi tərəfindən müxtəlif mükafatlara layiq görülüb.
Məlumatı DİN-dən təsdiqləyiblər.