Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artist Mehriban Xanlarova Azər Xudiyev tərəfindən intim fotolarıyla şantaj olunmasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, o, aznews.az-a açıqlamasında hazırda səhhəti ilə bağlı problemlərinin olduğunu deyib: "Azər Xudiyevin öz işidir, kimi istəyir, məhkəməyə versin. Mən heç nəyə qarışmıram. Başım şişib, neçə gündür, bu söz-söhbətlərin arasındayam. Artıq əsəblərim yerində deyil. Kim nə qələt edirsə-etsin, rədd olsun başımdan. Kim kimin belə şəkillərini yayırsa, Allah bəlasını versin. Mən heç bir yerə şikayət verməmişəm".
M.Xanlarova instaqramdan başqa heç bir sosial şəbəkədən istifadə etmədiyini deyib: "İnanın ki, hazırda filmlə bağlı Şamaxıda çəkilişdəyəm. Mənə o qədər zəng olur, artıq filmə də çəkilə bilmirəm".
Aktrisa bu məsələdə müğənni Kərimin əlinin olmasına inanmadığını da deyib: "Bizim Kərimlə bir məhkəmə davamız oldu və mən qalib oldum. Bilsinlər ki, mən bu baş verənlərlə bağlı heç bir hüquq-mühafizə orqanlarına şikayət etmək fikrim yoxdur".
Qeyd edək ki, Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artist Mehriban Xanlarovanın Binəqədi Rayon Polis İdarəsinə şikayət etməsiylə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, M.Xanlarova şikayət ərizəsində bir nəfərin onu şantajla hədələdiyini bildirib.
Belə ki, əməkdar artistin sosial şəbəkələrdə tanış olduğu bir nəfər kişi onun intim şəkillərini yayacağını deyib.
Həmin şəxs M.Xanlarovadan 500 manat pul tələb edir.