75 minlik manatıq dələduzluqda təqsirləndirilən Nizami Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib.
Daha sonra zərərçəkmiş tərəf məhkəməyə vəsatət verərək təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan növünün həbs qətimkan tədbiri ilə əvəz edilməsini xahiş ediblər.
Qısa müşavirədən sonra vəsatət təmin edilib və Nizami Hacıyev məhkəmə zalından həbs edilib.
Məhkəmənin növbəti iclası iyulun 10-na təyin edilib.
Qeyd edək ki, Nizami Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu















.jpg)



































