Həştərxan vilayətindəki Volqa-Xəzər Gəmiçilik Kanalında 15 kilometr uzunluğunda gəmi tıxacı yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "SHOT" "Telegram" kanalları məlumat yayıb.
Kanalın məlumatına görə, tıxanma suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsi nəticəsində baş verib. Bəzi hissələrdə gəmilərin hərəkətinə yararlı suya oturma məsafəsi layihələndirilmiş 4,5 metrdən 3,2-3,7 metrə düşüb və bu da böyük gəmilərin körpüdən keçməsinə mane olub.
Qeyd olunur ki, mövcud vəziyyətə görə bəzi gəmilər təxminən bir aydır ki, eyni yerdə boş dayanıb.
Gülayə Mecid
















































.jpg)

