İsrail Müdafiə Qüvvələri (İMQ) 19 iyun gecəsi Livanın cənubundakı Şiə Hizbullah hərəkatına məxsus hədəflərə zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
"Hizbullah terror təşkilatının dəfələrlə atəşkəsi pozmasından sonra İsrail Müdafiə Qüvvələri gecə boyu zərbələr endirib və Livanın cənubundakı bir neçə ərazidə Hizbullah terrorçularına və infrastrukturuna zərbələr endirməyə davam edir", - məlumatda qeyd olunub.
Baş nazir Benyamin Netanyahu bir gün əvvəl bildirib ki, İsrail hələlik öz təhlükəsizliyini təmin etmək niyyətində olduğu üçün qoşunlarını Cənubi Livandan çıxarmağı planlaşdırmır.

















































