Futbol üzrə dünya çempionatında (DÇ-2026) Kanada millisinin yarımmüdafiəçisi İsmael Konenin ayağı sınıb.

"Unikal" xəbər verir ki, görüşün 52-ci dəqiqəsində, hesab 3:0 Kanadanın xeyrinə olarkən qətərli müdafiəçi Assim Modibo Koneyə qarşı kobud oynayıb. Qayda pozuntusundan sonra zədələnən futbolçu meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.

İlkin ehtimallara görə, kanadalı oyunçu 4-5 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

Matç başa çatdıqdan sonra Modibo Kanada millisinin paltardəyişmə otağına yollanaraq zədələdiyi futbolçudan üzr istəyib.

Qeyd edək ki, həmin sözügedən oyunda Kanada millisi Qətəri 6:0 hesabı ilə məğlub edib.