İtaliyanın Baş naziri Corcia Meloninin 9 yaşlı qızı Ginevra Meloni G7 sammiti zamanı diqqət mərkəzinə düşüb.
"Unikal" xəbər verir ki, Fransada keçirilən sammitə anası ilə birlikdə gələn Ginevra kameralar qarşısında görünməkdən yayınmağa çalışıb: o, tez-tez anasının arxasında gizlənib, üzünü əli ilə örtüb və jurnalistlərin obyektivindən uzaq durmağa çalışıb. Onun narahat və utancaq davranışları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Corcia Meloni isə əvvəllər də qızını müxtəlif xarici səfərlərə apardığını və analıqla dövlət işini birləşdirməyin onun şəxsi seçimi olduğunu bildirib.






















































.jpg)
