"Hesab edirəm ki, məktəblərdə ağıllı telefondan (smartfon) istifadə məsələsini düşünməliyik və bununla bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunması məsələsi gündəmdə olmalıdır. Bu istiqamətdə müəyyən addımların atılmasına yaxşı olardı".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, gənclərin mütləq əksəriyyəti sosial şəbəkələrin əsirinə çevriliblər:

"Bu gün ciddi formada sosial şəbəkənin təsiri altındadırlar. Bu məsələ bizi ciddi formada narahat etməlidir.  Valideynlər bəzən düşünürlər ki, onların övladları məktəbə telefon aparmalıdırlar. Dünyada bu məsələ müzakirə olunur ki, məktəblərdə şagirdlərin telefondan istifadə etməsi ciddi problemlər və çətinliklər yaratmaqdadır. Bu məsələnin nəzərə alınmasına ehtiyac var. Məktəblərdə ağıllı telefonlardan istifadə məsələsinə baxılmalı və buna müəyyən məhdudiyyətlər qoyulmalıdır. Bu həm şagirdlər, həm də təhsilverənlər üçün tətbiq olunmalıdır. Bu istiqamətdə də müəyyən addımların atılması vacibdir və bu barədə düşünməliyik".

Anar Kəlbiyev