İsrail Dövlətinin Xarici İşlər Naziri olaraq, xanım Kallas dünyanın yeganə yəhudi dövlətinə qarşı qanlı böhtanlarını geri götürənə qədər onunla bütün əlaqələri kəsməkdən başqa çarəm yoxdur. 

"Unikal" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar X səhifəsində yazıb.

Diplomatın sözlərinə görə, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi bir müddətdir ki, İsrail Dövlətinə qarşı açıq-aşkar ədalətsiz münasibət göstərir.

Nazir qeyd edib ki, Meksikaya son səfəri zamanı Kaya Kallas İsraildəki vəziyyəti və onun fələstinlilərə qarşı hərəkətlərini Cənubi Afrikadakı aparteid rejimi ilə, 1948-ci ildən 1994-cü ilə qədər orada həyata keçirilən irqi ayrı-seçkilik siyasəti ilə müqayisə edib.

O, həmçinin deyib ki, bəzi Avropa siyasətçiləri Kallasın açıqlamasını pisləyiblər, lakin diplomat özü bu ciddi açıqlamaya təkzib verməyib, aydınlıq gətirməyib və ya cavab verməyib.

Ağarza Elçinoğlu