"BMW" "Volkswagen"dən daha pis vəziyyətdədir. Şirkət biznesi üçün 2026-cı il üçün gəlirlilik proqnozunu 1%-ə endirib. Əvvəllər avtomobil şirkəti  6% mənfəət gözləyirdi. 

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb. 

Nəşrin məlumatına görə, bu endirimə səbəb Yaxın Şərqdəki münaqişə səbəbindən tələbatın zəifləməsidir.

"Ən böyük narahatlıq Çindədir. May ayında Çin bazarında avtomobil satışları beşdə birindən çox azalıb və "BMW"nin satışlarının əsasını təşkil edən daxili yanma mühərrikli avtomobillərə tələbat təxminən 40% azalıb.

Digər bir Alman avtomobil nəhəngi "Volkswagen" hazırda ən azı 4% əməliyyat mənfəəti gözləyir. Bu o deməkdir ki, onun proqnozları daha optimistdir",  - "Bloomberg" qeyd edib. 

Gülayə Mecid