Ukrayna Silahlı Qüvvələri Moskva və Moskva vilayətinə dronlarla növbəti hücuma keçdi. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

Bildirilib ki, Sadovod ticarət mərkəzi də hücuma məruz qalıb. Bu, Rusiyanın ən böyük topdan və pərakəndə satış mərkəzidir və 60 hektar ərazini əhatə edir. Dron qalıqları Belaya Daça ticarət mərkəzinə düşüb.

Moskva meri Sergey Sobyanin bildirib ki, ticarət mərkəzindəki binalardan birinə pilotsuz uçuş aparatının (PUA) qalıqlarının dəyməsi nəticəsində kiçik ziyan dəyib. Xəsarət alan olmayıb. 

Qeyd edək ki, Sadovod ticarət mərkəzi azərbaycanlı iş adamı Qod Nisanov və Zarax İliyevə məxsusdur.

Ağarza Elçinoğlu