Ağdərə rayonunda yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.
Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - 1973-cü il təvəllüdlü Nazim Əsgərov, onun həyat yoldaşı 1980-ci il təvəllüdlü Könül Əsgərova həyatını itirib.
Avtomobildə olan digər Kəlbəcər sakini 2000-ci il təvəllüdlü Mələk İsmayılova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.




















.jpg)























_1779806048.jpeg)
