ABŞ və İran iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində sazişin icrası ilə bağlı ilkin danışıqlar aparacaqlar.

"Unikal" xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Mövcud plana əsasən, ABŞ və İran, Pakistan, Qətər və digər iştirakçı ölkələrin vasitəçiləri ilə birlikdə sabah Bürgenştokda sazişin icrası ilə bağlı ilkin danışıqlar aparacaqlar. Görüşün cədvəli və təfərrüatları barədə əlavə məlumat hələlik mövcud deyil", - departamentin açıqlamasında deyilir.

Gülayə Mecid