"Mən ehtiraslı natiqəm. Əgər indi məni narahat edən bir mövzu haqqında danışsam, daha da ehtiras və enerji ilə danışacağam".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.
O, əsəbi çıxışlarına görə onu "dəli" adlandıranlara belə cavab verib: "1 il əvvələ qayıdaq - mən belə danışırdım, 2 il əvvəl - mən belə danışırdım, 10-15 il əvvəl də mən belə danışırdım. Mən belə danışıram və belə ünsiyyət qururam, çünki bu mövzular çox vacib, üzvi mövzulardır.
Mən bu mövzularla yaşayıram, bu mənim üçün siyasi tamaşa deyil, yaşadığım bir həyatdır, ona görə də hansı titulu qoymaq istəsəniz, sizin haqqınızdır. Mən həmişə sərt danışıram, gedib bu gün adlarını çəkdiyiniz eyni insanlara, deputat olduğum zaman parlamentdə onlar haqqında danışdıqlarıma baxıram. İndi yaxşı və ya pis olduğunu bilmirəm, amma mən belə danışıram və ünsiyyət qururam".
Ağarza Elçinoğlu















.jpg)

































