Belarus Xarici İşlər Nazirliyi Ukraynanın Minskdəki müvəqqəti işlər vəkilini çağıraraq Rusiyanın Bryansk vilayətində Belarus vətəndaşlarını daşıyan avtobusa Ukraynanın dron hücumu ilə əlaqədar ona etiraz notası təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Belarus Ukrayna tərəfindən hadisə ilə bağlı hərtərəfli izahat verilməsini, təcili və obyektiv araşdırma aparılmasını və bütün məsul şəxslərin məsuliyyətə cəlb edilməsi barədə məlumat verilməsini tələb edib.
Xatırladaq ki, iyunun 17-si Bryansk vilayətində uşaq futbol komandasını daşıyan avtobusa dron hücumu olub. Nəqliyyat vasitəsində 44 nəfər olub, onlardan 28-i uşaq idmançı olub. Beş uşaq və üç böyük yaralanıb, bir qadın həyatını itirib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Gülayə Mecid










.jpg)











.jpg)



























