Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Nazirlər Kabineti 15 yaşdan kiçik uşaqların hesab yaratmasını və sosial mediadan istifadəsini qadağan edən fərman imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə Əmirliklərin WAM xəbər agentliyi məlumat yayıb.

Sənədə əsasən, ölkədə sosial mediadan istifadə üçün minimum yaş həddi hazırda 15-dir.

"Bu yaşdan kiçik uşaqlara sosial media platformalarında şəxsi hesablar yaratmaq, istifadə etmək və ya idarə etmək qadağandır. Onlar məzmun dərc edə və ya şərh yaza, yaxud açıq qruplarda iştirak edə bilməyəcəklər. Sosial media platformalarından qanunu pozan hesabları müəyyən etmək və dərhal bloklamaq tələb olunur", - hökumətin bəyanatında deyilir. 

15-16 yaş arası yeniyetmələrin sosial mediadan istifadəsinə icazə verilir, lakin onların hesabları ciddi məhdudiyyətlərə məruz qalacaq.