İspaniyanın “Real Madrid” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi fransalı müdafiəçi İbrahima Konate ilə müqavilə imzalayıb.

Tərəflər arasında əldə olunan razılığa əsasən, oyunçu 2030-cu il iyunun 30-dək “kral klubu”nun formasını geyinəcək.

27 yaşlı mərkəz müdafiəçisi son olaraq İngiltərənin “Liverpul” komandasında çıxış edib.