Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idmançılar və gənclər arasında sağlam və təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, həmçinin idman qidaları və bioloji aktiv qida məhsullarından düzgün istifadənin təşviqi məqsədilə həyata keçirdiyi “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasını davam etdirir.

"Unikal" xəbər verir ki, layihənin növbəti qonağı yunan-Roma güləşi üzrə U23 Avropa çempionu Elmin Əliyevdir. 

Gənc idmançı idmanla məşğul olan insanlara çağırış edərək bildirib ki, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün seçilməməsi və mütəxəssis məsləhəti olmadan istifadə edilməsi sağlamlıq üçün ciddi risklər yarada bilər. Onun sözlərinə görə, xüsusilə dövlət qeydiyyatından və nəzarətdən keçməyən idman qidalarının istifadəsi təhlükəli ola bilər. 

Peşəkar güləşçi hər hansı idman qidasından istifadə etməzdən öncə məhsul haqqında ətraflı məlumat əldə etməyin vacibliyini diqqətə çatdırıb.