Moskva yaxınlığındakı Balaşixa şəhərinin Jeleznodorojnı mikrorayonunda "qara yağış" yağıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Qeyd olunub ki, güclü yağışdan sonra sakinlər avtomobillərdə, pəncərə önlüklərində və paltarlarda qara rəngli çöküntülərin olduğunu bildiriblər. Yağış yanıq qoxusu ilə müşayiət olunub və izlər vizual olaraq neft məhsullarına bənzəyib.
Ehtimal olunur ki, buna səbəb 18 iyun səhəri Ukrayna dronları tərəfindən Moskva neft emalı zavodunda baş verən yanğındır.
Ağarza Elçinoğlu



























.jpg)












.jpg)













