17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Klinika tibb müəssisəsində tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Könül Nurullayeva və Vasif Qafarov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Yeni Klinikanın direktoru Zəhra Vəzirova, TƏBİB-in İxtisaslı Tibbi Xidmətin Təşkili Departamentinin rəhbəri Nəzrin Mustafayeva və digər çıxış edənlər tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onların cəmiyyətin sağlamlığının qorunması, insan həyatının xilası və səhiyyə sisteminin inkişafındakı mühüm xidmətlərini yüksək qiymətləndiriblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan tibb işçiləri öz peşəkarlıqları, fədakarlıqları və humanist missiyaları ilə ölkənin ictimai həyatında mühüm rol oynayırlar. Xüsusilə koronavirus pandemiyası dövründə və Vətən müharibəsi zamanı göstərdikləri yüksək peşəkarlıq, əzmkarlıq və qəhrəmanlıq nümunələri onların cəmiyyət qarşısındakı xidmətlərinin bariz göstəricisidir.
Bildirilib ki, vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövlətinin sosial siyasətində prioritet istiqamətlərdən biridir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində səhiyyə sahəsində mühüm islahatlar həyata keçirilir, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və onların fəaliyyətinin təşviqi istiqamətində ardıcıl tədbirlər görülür.
Tədbirin sonunda səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən, eyni zamanda yubiley yaşlarını qeyd edən bir qrup tibb işçisi təltif olunub, partiyaya yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.





































.jpg)












.jpg)



